Arzu edirik ki, təzə ildə bütün müsəlmanlar qərb və sekülar rejimlərə bağlı diktator hökumətlərinin boyunduruğundan azad olsunlar
/Aran agentliyi
Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi höccətül-islam vəl-müslimin Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində Azərbaycan Respublikası dövlətinin islamofobiya və anti-şiə siyasət üslubunun davamına işarə edərək, Azərbaycan Respublikasında bir neçə dindarın həbsini Bakı dövləti üçün çox utandırıcı bir hərəkət adlandırdı və həbs edilən dindarların təqsirinu təkcə öz dini vəzifələrinə əməl edərək, əmr be məruf etmələri olduğunu bildirdi.
Ərdəbilin imam cüməsi Bakı dövlətinin başçılarını regiondakı devrilmiş diktatorların aqibətindən ibrət götürməyə çağırdı və sonra bütün müsəlmanlar üçün dua etdi: "Arzu edirik ki, təzə ildə bütün müsəlmanlar qərb və sekülar rejimlərə bağlı diktator hökumətlərinin boyunduruğundan azad olsunlar. İslami oyanışın dalğaları anti-İslam dövləti Azərbaycanı da bürüyəcək".
Rəhbərin Xübriqan Məclisinin nümayəndəsi xütbələrinin davamında İraqdakı son partlayışları pislədi və İraqda son vaxtlar baş verən terror əməliyyatlarının sionist rejim və bir sıra ərəb şeyxlərinin, əsasən də Səudiyyə Ərəbistanının himayəsi ilə törədildiyini bəyan edərək dedi: "Ötən illər ərzində İraqda şiə qırğınları yalnız şiə etiqadı və təlimləri üzərində qurulan bir dövlətin iş başına gəlməsinin qarşısını almaq məqsədilə törədilib".