Tarix : 2012 Mar 26
Kod 29366

Qafqazda müharibə təhülükəsi?

Məlumata görə, Rusiya Müdafiə Nazirliyi Dağıstan və Çeçenistanda 15-25 min arası hərbçi cəmləşdirib
/Aran agentliyi

Məlumata görə, Rusiya Müdafiə Nazirliyi Dağıstan və Çeçenistanda 15-25 min arası hərbçi cəmləşdirib. Hökümət nümayəndələri bunu ordunun rotasiyası kimi təqdim edirlər. 300 müxtəlif zirehli texnika, “Ural” markalı qərargah–komanda maşınları, zirehli maşınlar əraziyə dislokasiya edilib. Daha əvvəl Dağıstan və Çeçenistana T-90 markalı tanklar və toplar yerləşdirilmişdi.

Hazırda regionda polisi də nəzərə almaqla, 55-57 min təhlükəsizlik qüvvəsi yerləşdirilib. Buynakskda 136-cı briqada, Kaspiysk şəhərində dəniz piyadaları qərarlaşıb.

Azadliq

  • Yazılıb
  • da (də) 2012 Mar 26