Ərdoğan: ''Mən münaqişənin həll edilməsi üçün Azərbaycana təsir edə biləcəyimizi bildirdim''
/Aran agentliyi
Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Cənubi Koreyanın paytaxtı Seulda ABŞ prezidenti Barak Obama ilə görüşüb. ANS PRESS-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bir saat yarım çəkən görüşdə Rəcəb Tayyib Ərdoğanla Barak Obama Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər.
“Mən Obamaya xatırlatdım ki, Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişəni Minsk qrupu artıq 20 ildir ki, həll edə bilmir. Bu məsələ dalana dirəndiyindən mən münaqişənin həll edilməsi üçün Azərbaycana təsir edə biləcəyimizi bildirdim. Obamanın nəzərinə çatdırdım ki, Rusiya, Fransa və ABŞ da Ermənistana təzyiq göstərsin”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Qeyd edək ki, Ərdoğan-Obama görüşündə həmçinin qondarma erməni soyqırımı və Suriyadakı vəziyyət də müzakirə olunub.
Birlik.az