Tarix : 2012 Mar 27
Kod 29376

Nardaran boşalır

Qəsəbədə böyük əməliyyat keçiriləcəyi barədə xəbərlər yayılıb
/Aran agentliyi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İrana işləmək ittihamı ilə 22 nəfəri həbs etməsindən sonra Bakının Nardaran qəsəbəsində ciddi xof yaranıb.

Qeyd edək ki, MTN-nin əməliyyatı zamanı həbs olunanların arasında nardaranlılar da var idi və onlardan biri Nardaran Ağsaqqalar Şurasının sədri Məşədi Natiq Kərimovun qardaşı Niyazi Kərimovdu.

Bundan əvvəl isə Nardarandan bir neçə hacı da həbs olunmuşdu. Qəsəbə sakinlərindən biri gunxeber.com-a bildirib ki,  kənddə belə bir məlumat yayılıb ki, Nardaranda böyük əməliyyat gözlənilir. Həmin məlumatda bildirilir ki,  hakimiyyətdəki müəyyən dairələr neçə ildi bu kəndlə olan haqq-heasbı nəhayət birdəfəlik çürütmək istəyir: “Nardarandakı vəziyyət hansısa qalanın mühasirədə saxlanılmasına bənzəyir. Sanki zaman-zaman hücum eləyib bu qaladan kimisə əsir götürürlər. Bu dəfə isə qalanı tamamilə yerlə-yeksan etmək istəyirlər. Neçə vaxdı kəndə bir çox adam evində rahat yaşaya bilmir. Günahsız insanlar ev-eşiklərindən, kənddən didərgin düşüblər. Belə getsə Nardaran boşalacaq. Günahsız insanları şərləyib tuturlar”.

 

  

  • Yazılıb
  • da (də) 2012 Mar 27