Bakı dövlətinin məscidləri sökmək və onu homoseksualların parad yerinə çevirməsi planlarının ermənilərin məscidlərə hörmətsizlik etmələri ilə heç bir fərqi yoxdur
/Aran agentliyi
Bakı dövlətinin məscidləri sökmək və onuhomoseksualların parad yerinə çevirməsi planlarının ermənilərin məscidlərə hörmətsizlik etmələri ilə heç bir fərqi yoxdur.
AranNews - "Eurovision" müsabiqəsinin vaxtı yaxınlaşdıqca Bakı dövləti bu müsabiqənin daha da dəbdəbəli və əzəmətli keçməsinə çalışır. "Eurovision" müsabiqəsinin keçirilməsi məqsədilə Bakı məscidlərindən birinin sökülməsini planlaşdıran Bakı dövləti Qarabağda tarixi bir məscidi heyvanlar saxlanılan yerə çevirən Qarabağ işğalçılarını bu müsabiqədə iştirak etməyə dəvət etmişdir.
Bu əsasla Bakı rəsmiləri "Eurovision 2012" mahnı müsabiqəsini baykot etmiş Ermənistanı öz niyyətindən döndərmək üçün yüksək səviyyədə şəxsi səylərinə başlayıblar.
"Eurovision" müsabiqəsi və homoseksualların paradı xatirinə qədim tikili olan "İmam Hüseyn (ə)" məscidini sökməyi planlaşdırmış Bakı dövlətinin Qarabağda tarixi bir məscidi heyvanlar saxlanılan yerə çevirməklə ona hörmətsizlik edən erməni işğalçıları ilə nə fərqi vardır?
AranNewsin məlumatına əsasən, Rusiyalı jurnalistin "kavkazcenter" saytında dərc olunan müşahidələrində bir zamanlar Qarabağda müsəlmanların ibadətgahı olmuş qədimi bir məscidin indi tövləyə çevrilməsi qeyd edilir.
Erməni bir əsgərin köməkliyi və nəzarəti ilə məscidə baxış keçirən bu rus jurnalist gizli olaraq tarixi məscidin vəziyyətindən şəkillər çəkmişdi. O öz qeydlərində artırır ki, məscidə baxış zamanı onun yerinin mal-qara peyini ilə örtüldüyünü başa düşmüşdü.
Bakı dövlətinin məscidləri sökmək və onuhomoseksualların parad yerinə çevirməsi planlarının ermənilərin məscidlərə hörmətsizlik etmələri ilə heç bir fərqi yoxdur. Hətta, bundan əlavə Bakı hakimiyyətinin müsəlmanların müqəddəslərinə qarşı əhəmiyyətsizliyini göstərir.