Tarix : 2012 Mar 27
Kod 29386

İsrail Əliyevi İrana qarşı sərtləşməyə çağırdı

Ölkə başçısı Seulda israilli nazirlə nələri müzakirə edib?
/Aran agentliyi

 

 

İsrailin məxfi xidmətlərin işləri üzrə naziri Dan Meridor Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə İrana qarşı sanksiyaların ən qısa zamanda sərtləşdirilməsi zərurətini qeyd edib. Xəbəri “İzrus” saytı yayıb.

İlham Əliyevin israilli nazirlə görüşü Seulda keçirilən nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutub. Saytın yazdığına görə, görüş zamanı İsrailin həm də baş nazir müavini olan Meridor Azərbaycan prezidentini İrana qarşı sanksiyaların gücləndirilməsi zərurətinə inandırırıb.

Meridor həmçinin Əliyevi İsrailə səfərə dəvət edib.

Xəbəri yayan “contact.az” saytı xatırladır ki, iki həftə əvvəl Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) İranın xeyrinə casusluqda və digər cinayətlərdə ittiham olunan 22 nəfərin həbs edildiyini bildirib. İran hakimiyyəti ABŞ və İsrailin Bakıdakı səfirliklərinə qarşı terror aktlarının hazırlanmasında iştirakı ilə bağlı Azərbaycanın ittihamlarını rədd edib. Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov martın 17-də İran XİN-ə dəvət edilib və ona qəti etiraz bildirilib. Söhbət zamanı səfirə “İsrailin İranın nüfuzdan salınması üzrə səyləri” barədə məlumat verilib.

Öz növbəsində, İran üzrə məşhur İsrail eksperti Menaşe Amir hesab edir ki, Bakı və Qüds arasındakı tərəfdaşlıq münasibətlərinin alternativi yoxdur və onlar Tehranın narazılığına baxmayaraq, əməkdaşlığı genişləndirəcəklər.

Azadlıq

  • Yazılıb
  • da (də) 2012 Mar 27