Tarix : 2012 Mar 27
Kod 29389

“Eurovision”u MOSSAD qoruyacaq

Azərbaycanla İsrail arasında daha bir mühüm anlaşma
/Aran agentliyi

 

Azərbaycanla İsrail arasında daha bir mühüm anlaşma

Ölkəmizdə keçiriləcək ilk irimiqyaslı kütləvi tədbirdə mümkün təxribatları önləmək üçün hazırlıqlar başlayıb; yəhudi kəşfiyyatçılarının Bakıya gəlməsi xəbərləri var, Kəmaləddin Heydərov isə Estoniyaya nümayəndə göndərib...

May ayında Bakıda keçiriləcək “Eurovision” yarışması ilə bağlı irimiqyaslı təhlükəsizlik tədbirləri görülür. Bu tədbirlə bağlı təşkilat işlərinə cəlb olunmuş mənbələrdən daxil olan məlumatlarda deyilir ki, Azərbaycan hakimiyyəti İranla münasibətlərin kifayət qədər gərgin olduğu indiki vaxtda bu irimiqyaslı kütləvi tədbirdə hər hansı mümkün təxribat ehtimalını istisna etmək üçün səfərbər olunub. Tədbirin təhlükəsizliyini təmin etmək istiqamətində atılmış ən mühüm addım isə İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıq barədə razılaşmanın əldə edilməsidir.

Musavat

  • Yazılıb
  • da (də) 2012 Mar 27