Tarix : 2012 Mar 27
Kod 29392

İsrailin Azərbaycanda hərbi məntəqələri var

Yəhudi dövləti İranı bizim ölkədən və Gürcüstandan izləyir
/Aran agentliyi

Yəhudi dövləti İranı bizim ölkədən və Gürcüstandan izləyir

İsrail mətbuatı bu ölkənin Azərbaycanla əlaqələri və Cənubi Qafqazdakı fəaliyyəti ilə bağlı yeni məlumatlar açıqlayıb. Gunxeber.com-un bu ölkənin Y-net saytına istinadən verdiyi məlumata görə, sözügedən saytda “İsrailin yeni dostları” başlıqlı məqalədə yəhudi dövlətinin regiondan kənarda yeüni müttəfiqlər axtardığı vurğulanır. Eyni zamnda bu ölkənin Türkiyə, Yunanıstan və bir sıra Afrika ilə münasibətlərindən bəhs olunur.

Eyni zamanda İranla münasibətlərin son aylarda daha da gərginləşdiyi qeyd edilir.

Məqalədə İsrailin bu mərhələdə Azərbaycan və Gürcüstanla əlaqələri gücləndirdiyi vurğulanır. Müəllif yazır ki, məlumata görə, İsrailin İranın yaxınlığında olan hər ik ölkədə hərbi strukturarı  və kəşfiyyat məlumatları  toplama məntəqələri fəaliyyət göstərir: “Belə stansiyalar İslam Respublikasının nüvə proqramının inkişafını gecikdimək məqsədi üçün İran ərzində gizli əməliyyatlara kömək edə bilər”.

Gunxeber.com

  • Yazılıb
  • da (də) 2012 Mar 27