Azərbaycan Respublikasında söz azadlığının məhdudlaşdırılmasına habelə, müstəqil jurnalistlər və medialara təzyiqlərin ...
/Aran agentliyi
Azərbaycan Respublikasında söz azadlığının məhdudlaşdırılmasına habelə, müstəqil jurnalistlər və medialara təzyiqlərin göstərilməsinə qarşı beynəlxalq və daxili tənqidlər hələdə davam etməkdədir.
Yerli mənbələrin verdikləri məlumata əsasən Azərbaycan Respublikası Ziyalılar Hərəkatı bir bəyanat yayaraq, hökumət tərəfindən jurnalistlərə qarşı təhdid və təqiblərin artmasının ictimaiyyətin mənəvi və demokratik dəyərlərinin pozulması anlamında olduğunu bildirib. Bəyanatda həmçinin deyilir ki, bu davranış metodu Azərbaycan Respublikası hökumətinin söz, düşüncə azadlıqları və ədaləti himayə üzrə acizliyi haqda aydın dəlildir.
Bu bəyanatda dövlət rəsmilərinin müstəqil və tənqidçi media mənsublarının hüquqlarını müdafiə uğrunda heç bir hərəkət həyata keçirmədikləri bildirilərək, belə deyilir:" Bu vəziyyətdə yeganə qanuni yol hökumətin istefa etməsidir".
Belə bir halda Qərb təşkilatları, o cümlədən Freedom Hause və Human Right Watch da kəskin ritorikalı bir bəyanat yayaraq, söz və düşüncə azadlıqlarının vəziyyəti, azad seçki atmosferinin olmaması, rəsmilərin rüşvətxorluqlarını əks etdirmək üçün medialara qarşı təzyiqlərin tətbiq və anti-hökumət aksiyalarına görə fərqli düşüncələrə malik olan gənclərin həbs edilməsini tənqid ediblər.
İnsan Haqları Gözətçisi Təşkilatının direktor müavini Cin Bunaçan vurğulayıbdır ki, insan haqları prinsiplərinə əsasən polis məmurları heç bir vəchlə insanları, hökumətə etiraza yadakı hökumətin istəyi ilə ziddiyyətdə olan əqidəyə malik olmağa görə həbs edib, əzab-əziyyətlərə məruz qoymağa haqları yoxdur.
CNN Telekanalı da bir reportaj yayımlayaraq, bildiribdir ki, Azərbaycan Respublikasının yeri insan haqları və söz azadlığı prinsiplərinə riayət etmək baxımından Pakistandan daha aşağıdır.
Hal hazırda Azərbaycan Respublikasında media mənsublarının bir qrupu, o cümlədən Xoral qəzetinin baş redaktoru Əvəz Zeynallı, bu qəzetin müxbiri Aydın Caniyev habelə İranın Teleradio Təşkilatının Bakıdakı Nümayəndəliyinin iki yerli işçisi, o cümlədən Anar Bayramlı narkotik maddələr daşımaq üzrə saxta və puç ittihamlarla həbsdədirlər.
Yerli mənbələrin verdikləri məlumata əsasən həmçinin onlarla müxbir, o cümlədən Azadlıq Radiosunun müxbiri Xədicə İsmayılovada oxşar taleyə düçar olacaqları haqda hədələniblər.
Cari ayın əvvəllərində Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Şton da Azərbaycan Respublikası tərəfindən qanunun riayət edilməsi zərurətinə təkid edərək, bu ölkədən istədi ki, siyasi məhbuslar və həbs edilmiş jurnalistləri dərhal sərbəst buraxsın