Tarix : 2012 Mar 28
Kod 29397

İslam Komitəsinin rəhbərinə qarşı cinayət işi qaldırılıb

Rusiya İslam Komitəsinin rəhbəri Heydər Camalın evində axtarış aparılıb
/Aran agentliyi

 

Rusiya İslam Komitəsinin rəhbəri azərbaycanlı politoloq Heydər Camalın Moskvadakı evində axtarış aparılıb. “Exo Moskvı”nın verdiyi məlumata görə, Heydər Camalın evində axtarış Rusiya Cinayət Məcəlləsinin nifrət və düşmənçiliyin salınması maddələrinə əsasən aparılıb.

Heydər Camalın sözlərinə görə, buna səbəb onun İslam Komitəsinin rəsmi saytında yer alan nəşrləridir.

Qeyd edək ki, Heydər Camal Rusiya Cinayət Məcəlləsinin nifrət və düşmənçiliyin salınması maddəsinin əleyhinə çıxışı ilə yadda qalıb. O, 2011-ci il dekabrın 29-da Moskvada baş tutan mitinqdə bu maddə ilə həbsdə yatan minlərlə siyasi məhbusun siyasi düşüncələrindən asılı olmayaraq azadlığa buraxılmalarının vacibliyindən danışmışdı.

islamazeri.az

 

  

  • Yazılıb
  • da (də) 2012 Mar 28