Tarix : 2012 Mar 28
Kod 29407

Türkiyə ilə İran əlaqələrinin genişlənməsi istiqamətində başqa bir addım

Türkiyənin baş nazirini Tehran səfərində müşayiət edən heyətin tərkibi rəsmi Ankaranın energetika sahəsi xüsusiyyət təşkil etməklə iqtisadi sahələrdə İranla əlaqələri ...
/Aran agentliyi

Bu gün çərşənbə (28 mart) Tehrana daxil olan Türkiyənin baş nazirini səfər zamanı, iqtisadiyyat naziri Zəfər Çağlayan, şəhər salma və ekologiya naziri Ərdoğan Bayraqtar və Türkiyə parlamentinin bir qrup üzvü müşayiət edirlər.

Türkiyənin baş nazirini Tehran səfərində müşayiət edən heyətin tərkibi rəsmi Ankaranın energetika sahəsi xüsusiyyət təşkil etməklə iqtisadi sahələrdə İranla əlaqələri genişləndirməyə olan baxışının göstəricisidir. Bu mövzu Qərbin İrana qarşı birtərəfli sanksiyaları ilə yanaşı olmaqla ABŞ-ın təzyiqlərinə Türkiyənin başqa bir mənfi cavabı ola bilər .

Qərbin baxışında Türkiyənin rolu ümumiyyətlə regionda yeni siyasi hakimiyyətlər üçün alternativ bir ülgü kimi diqqət mərkəzindədir. Bu prizmadan Amerika çalışıb ki, Türkiyənin regiondakı rolu Qərbin müdaxilə hədəflərinin nəzərdə tutulması ilə təqdim edilsin. Bu məsələ, Türkiyənin regiondakı rolu haqda şübhələrin yaranmasına səbəb olub. Əlbəttə bu proses bu ölkə və regionun mənafelərinin xeyrinə deyildir.

Həqiqətdə Qərbin Türkiyənin regiondakı ,xüsusilə Suriya hadisələri haqdakı roluna baxışı Türkiyənin regional siyasətlərində və bu ölkənin qonşuları ilə əlaqələrində bir növ strateji problemin yaranmasına səbəb olub. Başqa sözlə demək olar ki, Türkiyənin Suriya məsələlərinin həllinə yardım haqdakı fərqli baxışı və Türkiyənin Suriya məsələlərinə müdaxilə etmə şübhəsinin formalaşması elə bir məsələdir ki bir qonşu ölkə kimi Türkiyədən gözləntilər çərçivəsində qəbul ediləsi deyildir. Amerikanın öz strategiyasında Türkiyənin rolundan Suriyanı zəiflətmək üçün bəhrələndiyi bir halda bu proses ziddiyyətlərə də səbəb olacaqdır və əlbəttə hadisələr göstərir ki, Türkiyə bu məsələni başa düşübdür və buna görə də region ölkələri ilə əlaqələrə baxışda məntəqəvi əlaqələrin genişləndirilməsi çərçivəsində iqtisadi və siyasi potensiallardan istifadə etməklə Amerika tərəfindən Türkiyənin xarici siyasətinə qəbul etdirilən mənfi nəticələrdən tədricən uzaqlaşmağa çalışır. Həmçinin Türkiyəyə hakim kəsilmiş siyasi partiyalar belə inanırlar ki, regionun hadisələri və inqilabçı qiyamları bir fürsətdir ki, bu fürsətin Amerikanın istədiyi kimi regionu siyasi təhdid və təzadlara çevrilməsinə icazə vermək lazımdır. Xüsusilə Türkiyənin Qərblə yaxınlığı və Türkiyə torpağında NATO-nun raket lokator sisteminin yerləşdirilməsi başqa bir məsələdir ki, Türkiyənin regional roluna kölgə salıbdır. Türkiyə hazırda başa düşür ki, Suriya böhranına daxil olmaq regional rol oynamaq üzrə bu ölkənin xərclərini artırır və həmin məsələ səbəb olur ki, Türkiyənin ümumi fikri rəsmi Ankaranın bu məsələyə müdaxiləsi ilə kəskin şəkildə müxalifət etsin . Həqiqətdə demək lazımdır ki, Türkiyə ictimaiyyəti siyasi- təhlükəsizlik və iqtisadi məsələlər baxımından bundan artıq regionda Türkiyənin Qərblə eyni istiqamətdə olmasının ağır nəticələrinə məruz qalmaq istəmir. Buna görə də belə gözlənilir ki, Türkiyə özünün xarici siyasətindən region ölkələrinin roluna və yerinə həqiqətgörənliyə əsasən olan bir baxışa malik olub, kollektiv mənafelər çərçivəsində müştərək məsələlərə söykənməyə səy göstərə bilərlər. Həqiqət budur ki, İran və Türkiyə öz əlaqələrini genişləndirməkdə çoxlu müsbət cəhətlərə malikdirlər. Eyni zamanda Fars Körfəzi və Avropanın azad sularına yiyələnməkdə İran Türkiyənin geopolitik üstünlüyü , enerjinin təhlükəsizliyi və köçürülməsində bu iki ölkənin yaxınlığı iki ölkənin yaxınlığına səbəb olubdur. Belə ki, İranla Türkiyə arasındakı iqtisadi mübadilələr həcminin hədəfi 30 milyard dollar təyin edilibdir. Bu xüsusiyyətlər səbəb olubdur ki, İran və Türkiyə daha ətraflı məsələlər ətrafında bir birləri ilə əməkdaşlıq etsinlər . Misal üçün Türkiyə İranın nüvə mövzusunda məşvərət tərəflərinin biri olubdur və İran da bu əməkdaşlıqlara etimad edir. Buna görə də Türkiyənin baş nazirinin Tehrana səfəri siyasi və iqtisadi baxımdan iki ölkənin region dəyişiklikləri haqdakı davamlı fikir mübadilələri və məşvərətləri,habelə ehtimal üzrə Türkiyənin ev sahibliyi ilə olacaq İranla 5+1 qrupu arasındakı müzakirələr mövzusu baxımından rəsmi Tehranla rəsmi Ankara arasındakı məşvərətlər və əlaqələrin genişləndirilməsi istiqamətində mühüm görüş kimi qiymətləndirmək olar.

  • Yazılıb
  • da (də) 2012 Mar 28