Bir qurum Xocalı əhalisinin soyqırımında əli olduğuna görə Ermənistan prezidentinin məsuliyyətə cəlb olunması üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib
/Aran agentliyi
Bir qurum Xocalı əhalisinin soyqırımında əli olduğuna görə Ermənistan prezidentinin məsuliyyətə cəlb olunması üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.
AranNews - "Əsassız erməni iddiaları ilə mübarizə dərnəyi"nin sədri Göksel Gülbey bu haqda bildirib ki, 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhər əhalisinə qarşı soyqrırımda iştirakı olan Serj Sarkisyan barədə öz şikayətlərini Avropa İnsan Haqları Məhkəməsinə poçt vasitəsilə göndəriblər.
Gülbey deyib: "Sarkisyan 1992-ci ildə Xocalıdakı qırğını həyata keçirən qüvvələrə rəhbərlik etmiş və yüzlərlə insanın ölüm əmrini vermişdir. Sarkisyan şəxsən özü bu qırğında iştirak edib. Həmin vaxt 1 milyon 200 min Azərbaycan vətəndaşı yurdunu tərk etmək məcburiyyətində qalıb. Yüzdən çox insan həlak olub, mindən çoxu isə əsir düşüb. Məhz bu səbəbdən Sarkisyanın Avropa İnsan Haqları Məhkəməsində mühakimə olunması üçün müraciət etmişik".
Azərbaycan mənbələrinin verdiyi məlumata əsasən, Yuxarı Qarabağın Xankəndi şəhərinin qonşuluğunda yerləşən Xocalının əhalisi 1992-ci il 25 fevralda erməni silahlı qoşunları tərəfindən Rusiya ordusunin köməyi ilə mühasirəyə alınmış və 2500-dən çox Xocalı sakini qadın, uşaq, qoca və s. dinc əhali erməni və rus qoşunlarının bomba yağışlarına məruz qalmışlar. Bu qətliamda 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq öldürülmüş, 1275 nəfər əsir götürülmüş və 150 nəfər itkin düşmüşdür.