Tarix : 2012 Mar 28
Kod 29409

Rusiya Xəzərdə hərbi təlim keçirir

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının gəmilər qrupu Xəzər dənizində təlimlərə başlayıb
/Aran agentliyi

Rusiya Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, təlim proqramı çərçivəsində Xəzər flotiliyasının flaqmanı «Tatarstan» korveti də daxil olmaqla "Budennovsk" və "Borovsk" raket katerləri bir ay ərzində Xəzərdə həm təklikdə, həm də gəmilər qrupu tərkibində müxtəlif tapşırıqları yerinə yetirəcəklər.

Təlimlərdə şərti rəqibin suüstü gəmiləriylə artilleriya döyüşü aparılacaq, diversantların sualtı təhdidləri ilə mübarizə, reyddə dayanan gəmilərin mühafizəsi və s. məsələlərə baxılacaq. AK-176 artilleriya sistemlərindən, həmçinin gəmi əleyhinə «Uran» raketlərindən və «Termit» reaktiv atəş sistemlərindən atəş açılması da həyata keçiriləcək. Təlimə aviasiya vasitələri dəstək verəcək.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2012 Mar 28