/Aran agentliyi
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədovun istintaq müddətinin cəzaçəkmə müəssisəsində keçirmək qərarının ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı Binəqədi Rayon məhkəməsində qapalı məhkəmə keçirilmiş və vəsatət təmin olunmamışdı.
Vəkil Zaman Səməmədovun verdiyi xəbərə görə, Bakı şəhəri Apellyasiya məhkəməsi binəqədi Rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəkil bildirib ki, Apellyasiya məhkəməsinin verdiyi qərar bu dəfə də gözlənilməz olmayıb.
Sabah Mehdi Məmmədovun narkotik istifadəçisi olub olmamamsı ilə bağlı ekspertiza keçiriləcək.
Xatırladaq ki, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədov fevral ayının 18-i polis bölməsinə çağırılmış, bölmədən çıxarkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulmuşdur.
HaqqYolu