Az. R-da Ombudsman aparatının şöbə müdiri həbsxanada Quba hadisələrinin iki məhbusu ilə görüşüb
/Aran agentliyi
Yerli mənbələrin Bakıdan verdiyi məlumata görə Az. R-da Ombudsman aparatının şöbə müdiri Vüqar Məhərrəmov Xəyal tv -nin müdiri Vüqar Qonağov və baş redaktoru Zaur Quliyevlə görüşüb. Xəyal Tv telekanalının icraçı müdiri və baş redaktoru Quba xalqının son qiyamı haqda reportajlar hazırladıqlarına görə həbs edilib, mütəşəkkil cinayətlərlə mübarizə idarəsində saxlanılırlar.
Vüqar Məhərrəmov bu görüşdən sonra deyib: Bu şəxslər üzərində işgəncə əsərləri müşahidə olunmadı və onlar həbsxana gözətçilərinin rəftarlarının normal olduğunu bildirdilər. Bu elə bir haldadır ki, Az. R-da söz və düşüncə azadlığının repressiyası , jurnalistlər habelə müstəqil və tənqidçi medialara qarşı təzyiqlərin tətbiq edilməsinə qarşı tənqidlər hələ də davam edir.