Bu binalar Lənkəranda yaşayan nə türkə, nə də talışa məxsusdur. Binaları Fövqəlnazirimizin PKK-çılar üçün tikdirməsini hər kəs bilir
/Aran agentliyi
Əssalamun-əleykum, ey ADƏM övladları !
"GÖZÜNÜZ AYDIN OLSUN, PKK- Azərbaycanın bütün bölgələrində yerləşdirilir"
İki gün öncə Lənkərana getdim. Doğrusu, ölkədə baş alıb gedən məmur özbaşınalığının, insanların hüquqlarının ayaq altına atıldığı, döyüş bölgəsindən hər gün analırımızın üstünə əsgət tabutunun gəldiyi, Lənkəran infrastrukturunun dağıdılması, xarici ölkələrə qaz satılması halda Lənkəran TİBB KOLLECİNİN təzəklə qızdırılması... fonunda mübariz Lənkəran əhalisinin sükut içində olması məni təəccübləndirmişdi. Lənkərandakı keçmiş cəbhəçi dostlarımla görüşdüm. Bir çox məsələlər daxil olmaqla, TALIŞ bölgəmizin ictimai-siyasi durumu barədə də fikirlərimizi bölüşdük.
Dostlardan ayrılıb evə gəlmək istərkən, mühüm bir mövzu mənim kameramdan yan keçmədi. Lənkəranın mərkəzində ucaldılan, (foto şəkilə bax) hündür mərtəbəli binaları görəndə sevindim. Fikirləşdim ki, yəqin biz bəlkədə "ağı" qara rəngdə görürük. Araşdırmadan sonra bəlli oldu ki, bu binalar Lənkəranda yaşayan nə türkə, nə də talışa məxsusdur. Binaları Fövqəlnazirimizin PKK-çılar üçün tikdirməsini hər kəs dedi.
Bu səbəbdən o evlərə heç kim köçürülmür. Məqam gözləyirlər ki, İRANDA vəziyyət dəyişdikdə, daxili sabitliyimiz pozularsa, onda PKK-çılar həmin mənzillərə doldurulacaq. Beləliklə Azərbaycanı qoruyanlara qarşı ikinci cəbhə açılması ehtimalı gözlənilə bilər.
Keçmiş cəhəçilərdən (hazırda xəstədir) soruşdum ki, bu qədər problemləri olan Lənkəranda niyə müxalifətçi partiyaların səsi eşidilmir?....
Həmsöhbətim dedi ki, indiki, müxalifətin başqanları "TƏZƏ BƏY" kimi bəzənib-düzənib, gedirlər öz başqanlarının qəbuluna, yalanları ilə onların qulaqların doldurduqdan sonra, onlarla şəkillərin çəkdirib, ertəsi gün həmin şəkilləri sosial şəbəkədə fəxrlə yayımlayırlar.
Sonra da 5-10 nəfər partiyadaşlar, biri digərini tərifləməklə polemikalarına start verirlər. Kritik vəziyyət, yəni "NƏRİMANABAD-1" olayları kimi olanda, deyirlər ki, "xalq yatıb", biz nə edək....))))))))))
Mətləb Dadaşov.