Tarix : 2012 Mar 29
Kod 29430

Ərdoğan İranın nüvə programını dəstəklədi

Türkiyənin baş naziri bildirib ki, İranın sülhməramlı nüvə fəaliyyətləri qarşısında heç kimin müqavimət hüququ yoxdur
/Aran agentliyi

Türkiyənin baş naziri bildirib ki, İranın sülhməramlı nüvə fəaliyyətləri qarşısında heç kimin müqavimət hüququ yoxdur.

İran Prezident Aparatının İnformasiya portalının məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Tehranda İran İslam Respublikasının vitse-prezidenti Məhəmmədrza Rəhimi ilə müştərək mətbuat konfransında sülhməramlı nüvə enerjisindən istifadəni İranın təbii haqqı adlandırıb və deyib: Türkiyə İranın nüvə fəaliyyətlərinə qarşı hər növ hədə xarakterli strategiya və təzyiqin tətbiq olunması ilə müxalifdir.

Türkiyənin baş naziri qeyd edib ki, heç bir məntiq atom silahlarının istehsalı və istifadəsini qəbul etmir.

Ərdoğan İranın 5+1 Qrupu ilə müzakirələri barəsində də əlavə edib: Türkiyə bu müzakirələrin İstanbul şəhərində aparılması üçün hazırdır.

Türkiyənin baş naziri habelə bu ölkənin son illər ərzində İranla ticarət dövriyyəsi səviyyəsinin yüksəlməsinə toxunaraq deyib: İki ölkənin ticarət dövriyyəsinin dəyəri 2011-ci ilin sonuna qədər 16 milyard dolları keçib və Ankara və Tehran 2015-ci ilə qədər bu rəqəmi 30 milyard dollara çatdırmaq niyyətindədir.

İran İslam Respublikasının vitse-prezidenti Məhəmmədrza Rəhimi də sülhməramlı nüvə enerjisindən istifadədə Tehranın mövqeyinin bütün dünya üçün aydın olduğunu bəyan edib və deyib: İran bu enerjidən yalnız sülhməramlı məqsədlər və bəşəriyyətə xidmət etmək üçün istifadə edir və iş gündəmində bundan başqa heç bir addımı yoxdur.

Qərb ölkələrinin İranın nüvə inkişafı və elmi irəliləyişinə qarşı çıxmalarını onların bu elmi inhisarda saxlamalarından qaynaqlandığını hesab edən Rəhimi deyib: İran İslam Respublikası bu sahədə diqqəti cəlb edəcək dərəcədə yatırımlar etmişdir və bu sahədəki öz inkişaflarını dost xalqlar, xüsusilə də Türkiyəyə verməyə hazırdır.

İran İslam Respublikası prezidentinin 1-ci müavini Türkiyənin İranın sülhməramlı nüvə fəaliyyətlərini dəstəklədiyinə toxunub və İranla 5+1 Qrupu arasında müzakirələrin İstanbulda keçirilməsi üçün Türkiyənin təklifini müsbət qarşılayaraq bildirib: Türkiyə İranın nüvə fəaliyyətlərinin mahiyyətindən məlumatı olduğuna görə, həmişə müxtəlif dairələrdə İslam Respublikasının haqlı mövqeyini müdafiə edib.

Rəhimi habelə İran və Türkiyənin münasibətlərinin səviyyəsini çox yaxın və zərər görməz adlandırıb və deyib: Son iki il ərzində iki ölkənin ticarət dövriyyəsinin dəyəri 50% artıb 

  • Yazılıb
  • da (də) 2012 Mar 29