Tarix : 2012 Apr 02
Kod 29443

Azərbaycan İslam Partiyasını - B Ə Y A N A T I

Məlumdur ki, Azərbaycan İslam Partiyası ölkəmizdə fəaliyyət göstərən digər siyasi qurumlar kimi qarşısında umumi syasi ideyalar və məqsədlər qoyan...
/Aran agentliyi

Məlumdur ki, Azərbaycan İslam Partiyası ölkəmizdə fəaliyyət göstərən digər siyasi qurumlar kimi qarşısında umumi syasi ideyalar və məqsədlər qoyan, ölkənin siyasi həyatında iştirak etmək üçün vətəndasların, başqa sözlə, çoxsaylı tərəfdaşlarının birliyini və siyasi iradəsini formalaşdırmağa çalışan partiyadır. AİP artıq 20 ildir ki, fəaliyyətini siyasi partiyalar haqqında qanuna, Azərbaycan Resbublikasının Konstitusiyasına, digər qanunverici aktlara uyğun quraraq davam etdirir. Amma bütün bunlara baxmayaraq partiya dəfələrlə qanunsuz təzyiqlərlə üzləşmiş, partiya funksionerleri, hətta siravi üzvlər təqib və böhtanlara, həbslərə məruz qalmışlar.

AİP qəbul etdiyi Nizamnaməyə uyğun olaraq son günlər yerli özək təşkilatlarında fəaliyəti daha da gücləndirmək məqsədilə konfranslar keçirməyi planlaşdırsa da, yerli icra hakimiyyəti orqanlarının qeyri-qanuni müdaxiləsilə üzləşmişdir. Belə ki, partiya rəhbərliyi qurumun Lənkəran rayon təşkilatının konfransını keçirmək məqsədilə mart ayının 16-da rayon icra hakimiyyətinə rəsmi yazılı müraciət ünvanlamış və aydınlıq üçün şifahi açıqlama vermişdir. Müraciətdə yerli təşkilatın 28 mart tarixində konfransıni keçirmək üçün yer verilməsi istənilmiş və keçiriləcək toplantıya yerli icra orqanları dəvət edilmişlər.

Partiya rəhbərliyinin müraciətinə rəsmi qaydada cavab vermək əvəzinə bütün sivil normaları, qanunları və adi vətəndaş haqlarını ayaq altına alan, özlərinin yazılmamış ‘‘qanunlarına‘‘, şahlıq dövrünün ənənələrinə istinad edərək siyasi partiyadan uzaqlaşdırmaq məqsədilə insanlarda xof və qorxu yaratmaq üçün bir neçə şəxs rayon polis şöbəsinə dəvət edilmiş, burada təhdid olunmuşlar. Bu azmış kimi, mart ayının 27-də polis əməkdaşları Lənkəran sakini, fəal ictimaiyyətçi İlham Hacıyevin evinə gəlmiş, onu polis şöbəsinə aparmışlar. İ. Hacıyevin saxlanması səbəbləri, hansı istıqamətə aparılması barədə heç kimsəyə heç bir məlumat verilmədən o, birbaşa Bakı şəhərindəki terrorizmə və banditizmə qarşı baş mübarizə idarəsinə gətirilmişdir. İ. Hacıyevin mart ayının 29-u saat 12:00-a qədər bu idarədə saxlanmasını, dindirilməsini tam qanunsuz hərəkətlər kimi qiymətləndiririk. Aparılan sorğulardan məlum olmuşdur ki, vətəndaşların təhdidi siyasi partiyalara, xüsusən də İslam Partiyasına hüquq mühafizə orqanlarının bəslədikləri neqativ münasibətlə əlaqədar baş verir. Əslində biz bunu insanların fundamental əqidə azadlıqlarına, konstitusion hüquqlarına, xalqın, millətin inkişafını şərtləndirən vətəndaş cəmiyyətinə qarşı düşmənçilik mövqeyi kimi qiymətləndiririk. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən polis orqanlarının belə cəhdləri, şübhəsiz ki, nüfuzlu insanlara qarşı heç bir ölçüyə sığmayan vandallıq hərəkətləri bölgədə və bütövlükdə ölkədə ciddi qarşıdurmaya, hakimiyyət-cəmiyyət arasında dərin uçurum yaratmağa xidmət edir. Bu isə bir-başa dövlətçiliyə qarşı düşmənçilikdir. Dövlətin rəsmi dairələrinin son çıxışlarında işğal olunmuş torpaqların geri qaytarılmasında müharibə variantının yaxınlaşmasını, Minsk qrupu həmsədr ölkələrinin fəaliyyətsizliyi və bu qurumun ləğv olunması zərurətinin yaranmasını bəyan etməsindən sonra xarici təxribatçı qüvvələrin daxili işlər orqanlarına nüfuz edərək ölkədə xaos yaratmaq cəhdləri yəqin ki, bundan sonra da davam edəcək. Məhz əsl vətənpərvər qüvvələrə qarşı belə cəhdlər dövləti təhdid məqsədilə insanları zorla təxribata cəlb etməkdir. Bəs görəsən dövlətin milli təhlükəsizlik orqanları hara baxır? Qanunsuzluğa, insanları təxribata cəlb etmək hallarına qarşı müşahidəçilik mövqeyi nə vaxta qədər davam edəcək? Məlum məsələdir ki, AİP-in cənub bölgəsində yerli özək təşkilatlarını gücləndirməkdə əsas məqsədlərindən biri də əvvəlcədən də elan etdiyi kimi milli-mənəvi dəyərləri qorumaq, xüsusən də narkamaniyaya qarşı maarifçilik metodlarından istifadə etməklə mübarizə aparmaq olmuşdur. Göründüyü kimi fəal qüvvələrin quruma cəlb olunması yerli icra hakimiyyəti, o cümlədən polis orqanlarını ciddi narahat etmişdir. Məhz polis orqanları tərəfindən atılan neqativ addımlar cəmiyyətdə belə bir fikir formalaşdırmağa başlamışdır ki, narkomaniyanın yayılması dövlətin cəmiyyətə qarşı apardığı siyasətin tərkib hissəsidir. Bu isə özlüyündə dövlətçiliyə qarşı kənar qüvvələrin apardığı siyasətin nəticəsi kimi qiymətləndirilməli, yerli icra hakimiyyəti, daxili işlər orqanlarındakı xəyanətkar qüvvələr tezliklə aşkarlanaraq ifşa olunmalı, cəzalarına çatmalıdırlar.

Ölkədə siyasi partiyalara qarşı aparılan represiyalar hakimiyyətin xalqa ədalətsiz münasibətindən irəli gəlir. Çoxminli tərəfdarı olan İslam Partiyasının mınzil qırargahının qeyri-qanuni həbs olunması artıq bir ildən çoxdur ki, öz həllini tapmır. Sanki bu ölkədə qanunlar dondurulub. Azırbaycan İslam Partiyası ədalətsizliyə qarşı həmişə mübarizə aparıb və bundan sonra da aparacaq. Azərbaycan xalqının beynəlxalq aləmdə sivil toplum kimi tanınmasına hər vəchlə mane olan qüvvələr ümidvarıq ki, tez-gec xalqımızın düşməni kimi tanınacaq və cəmiyyətdən təcrid olunacaqlar.

xberlent.az

  

  • Yazılıb
  • da (də) 2012 Apr 02