Tarix : 2012 Apr 02
Kod 29452

Gəncəli dindar İlham Ələkbərovun şikayəti təmin olunmadı

Vəkil Nemət Kərimli müstəntiqlərin vəzifə səlahiyyətlərini aşmasından şikayət edib
/Aran agentliyi

 

 Gəncəli dindar İlham Ələkbərovun şikayəti təmin olunmadıƏhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Martın 30-da Gəncənin Kəpəz Rayon Məhkəməsində gəncəli dindar İlham Ələkbərovun barəsində seçilmiş həbs qətimkan təbdirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair şikayətə baxılıb.

Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, hakim Nuru Quliyev şikayəti təmin etməyib.

Nemət Kərimli şikayətə İlham Ələkbərovun iştirakı ilə baxıldığını deyib. O əlavə edib ki, aprel ayının 16-da İlham Ələkbərov haqqında seçilmiş 2 aylıq həbs qətimkan tədbirinın müddəti bitir.

İlham Ələkbərov fevral ayında əliyevlər rejimiin güc stukturları tərəfindən heç bir cinayəti olmadan həbs olunub, onun haqqında mövcud rejimin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) qondarma cinayət işi qaldırılıb. Onun heç bir dini təhsili yoxdur, dindar ailədəndir. Azərbaycan İslam Partiyası Gəncə rayon komitəsinin sədri Hacı Yusif Ələkbərovun qardaşıdır. Hacı Yusif Ələkbərov da xeyli müddətdir ki övcud rejim tərəfindən axtarışdadır, onun da barəsində qondarma cinayət işi açılıb.

Vəkil Nemət Kərimli onu da qeyd edib ki, Gəncə Rayon Prokurorluğunda gəncəli dindarların (İlham Ələkbərov və Höccətul İslam Asəf Əliyev) işini araşdıran Nizami rayon polisinin müstəntiqləri Füzuli Şıxıyev və Elçin Əzizov haqqında hüquqi araşdırmaya başlanıb.

Martın 1-də vəkil Gəncədəki istintaq təcridxanasında saxlanan dindarlarla görüşmək istəyib, lakin Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi buna mane olub. Problemin həll olunması üçün vəkil Baş Prokurorluqda qərb bölgəsi üzrə kurator Cəsarət Əzizovla görüşüb və müstəntiqlərin vəzifə səlahiyyətlərini aşmasından şikayət edib.

Nemət Kərimli deyib ki, martın 30-da Gəncə Rayon Prokurorluğunda izahat verib: “Artıq hər iki müstəntiq barədə hüquqi araşdırma başlanıb”.

İranın Müqəddəs Qum şəhərinin Elmi Hövzəsində Ruhanı təhsili alan gəncəli Höccətul İslam Asəf Əliyev də əliyevlər rejimin güc strukturları tərəfindən eyni cinayət maddəsi ilə ŞƏRRLƏNİLİR. Vəkil onun barəsində də həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair məhkəməyə müraciət edib. Şikayətə gələn həftə baxılacaq.

  

  • Yazılıb
  • da (də) 2012 Apr 02