Rövşən Əhmədov: ''Yaxın gələcəkdə ölkə müxalifətinin vahid mövqedən çıxış edəcəyi inandırıcı görünmür''
/Aran agentliyi
Rövşən Əhmədov: "Yaxın gələcəkdə ölkə müxalifətinin vahid mövqedən çıxış edəcəyi inandırıcı görünmür"
“Müxalifət partiyalarının yaranma tarixinə baxsaq, onlar sosial sifariş nəticəsində meydana gəlmədiyinin şahidi olarıq. Çoxpartiyalı sistemə keçid zamanı insanlar müəyyən maraqlar ətrafında toplandılar, nəinki ideoloji əsaslarla.” Bu sözləri AİP-in sədr müavini Rövşən Əhmədli FaktXeber.com-un “Azərbaycan müxalifəti nəyə görə birləşə bilmir”, - sualına aydınlıq gətirərkən qeyd edib.
Sonra Rövşən bəy qeyd etdi ki, bu günə qədər müxtəlif iddialarla ortalığa çıxan partiyaların, iddialarını kənara qoyub vahid ideoloji mərkəzdə və rəhbərlikdə birləşmək imkanları olmayıb: “Bu proses hazırda da davam edir. Ona görə də, yaxın gələcəkdə ölkə müxalifətinin vahid mövqedən çıxış edəcəyi inandırıcı görünmür. Ola bilsin, müxalifət partiyaları müəyyən qurumlar ətrafında birləşməklə bağlı müəyyən fikirlər səsləndirsin. Lakin siyasi hakimiyyət uğrunda eyni cəbhədən vahid namizədlə mübariz aparmaq mümkün olmayacaq.”
“AİP-in bloklara qoşulması ilə bağlı müxalifət partiyalarından hər hansı bir təklif gəlibmi”, - sualına da aydınlıq gətirən Rövşən bəy, “AİP-in ölkənin ictimai-siyasi həyatında özünəməxsus yeri və çəkisi var. Və dünyada gedən proseslərdə islamçıların rolu olduqca böyükdür. Bu dünyada gedən İslami oyanış hərəkatından xəbər verir. Təbii ki, belə bir proses Azərbaycanda siyasətlə məşğul olan insanların maraqlarını əvvəlkilərdən daha çox cəlb edir. Hər halda AİP-lə əməkdaşlıqda ölkənin real siyasi qüvvələrinin hamısı maraqlıdır. Bu təkliflər zaman-zaman olduğu kimi bu gündə var”, - deyə bildrdi.
Sonda Rövşən bəy qeyd etdi ki, AİP olaraq hər zaman ölkədaxili problemlərin həlli istiqamətində digər qurumlarla müəyyən müzakirələr aparmağımız mümkündür: “Eyni halda bu günə qədər bir sıra partiyalarla görüşümüz olub və bundan sonra da digər partiyalarla görüşlərimizin baş tutması mümkündür.”
FaktXeber