Əldə olunan məlumata görə,Azərbaycan Respublikasının Milli Məclisində bazar ertəsi Avronest ...
/Aran agentliyi
Əldə olunan məlumata görə,Azərbaycan Respublikasının Milli Məclisində bazar ertəsi Avronest Parlament Assambleyasının (PA) İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq üzrə komitəsinin iclasında sözügedən komitənin hesabatına edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı Ermənistanın 8 saylı, Azərbaycanın isə 12 saylı təklifi həmin sənəddən çıxarılıb.
Ermənistanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Vahan Hovannesyan Bakıda yüksək səviyyədə qarşılanmaqlarından razı qaldıqlarını bildirib.
O qeyd edib ki, Azərbaycanın Avronest PA-dakı nümayəndə heyəti ilə öncədən belə bir razılaşma əldə edilib ki, sözügedən komitənin hesabatına təklif olunan dəyişikliklərdə ziddiyyətli və ümumi işə ziyan vuracaq ifadələr olarsa, onlar çıxarılsın.
Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü Azər Kərimli isə öz növbəsində çıxışında qeyd edib ki, Azərbaycan hesabata təqdim etdiyi 12-ci təklifi geri götürür.
Trend