Tarix : 2012 Apr 02
Kod 29467

Azərbaycan heç kimlə məsləhətləşmir

Azərbaycan Respublikası XİN rəsmisi sözçüsü ABŞ-ın “The Foreign Polisy” jurnalının və digər qərb mətbuatının Azərbaycan Respublikasında sionist rejimə ...
/Aran agentliyi

Azərbaycan Respublikası XİN rəsmisi sözçüsü ABŞ-ın “The Foreign Polisy” jurnalının  və digər qərb mətbuatının Azərbaycan Respublikasında sionist rejimə  hərbi baza verilməsi barədə  xəbərə əlavə şərh verməkdən çəkinib.

XİN-in mətbuat katibi Elman Abdullayev deyib : “Administrasiyadan, Müdafiə Nazirliyindən mövqe gəldi. Yəni münasibət birmənalıdır. Yalnız onu deyə bilərəm ki, Azərbaycan öz siyasətini müstəqil şəkildə həyata keçirir, heç kimlə də məsləhətləşmir”.

O bunu da əlavə edib : “Azərbaycan müstəqil dövlətdir və qərarlarını özü müstəqil şəkildə qəbul edir. Bizim xarici siyasətimiz yalnız və yalnız xalqımızın mənafeyinə uyğun şəkildə həyata keçir. Milli maraqlarımız nəyə cavab verirsə, o istiqamətdə də xarici siyasətimiz müstəqil şəkildə həyata keçirilir”.

Ekspertlər rəsmi Bakının sionist rejim tərəfindən anti İran hərəkətlərə əl atmağa  təhrik olunduğunu və Bakı rəsmilərinin bu təhriklər qarşısında aldandığlarını və buna görə də uşaqcasına  dikbaş danışdığlarını düşünürlər.

  • Yazılıb
  • da (də) 2012 Apr 02