Azərbaycan Respublikası hökuməti, Amerikada xarici siyasət üzrə nüfuzlu mətbuat orqanı olan Foriegn Policy jurnalında İrana hücum üçün Azərbaycan Respublikasının hava bazalarını ...
/Aran agentliyi
Azərbaycan Respublikası hökuməti, Amerikada xarici siyasət üzrə nüfuzlu mətbuat orqanı olan Foriegn Policy jurnalında İrana hücum üçün Azərbaycan Respublikasının hava bazalarını sionist rejimin ixtiyarına verməsi barədə dərc olunan məlumatları təkzib edib!!
Foriegn Policy jurnalı dünən amerikalı tarixçi və yazıçı Mark Prei-nin yazdığı məqalədə bildirib ki, sionist rejim Azərbaycan Respublikasının hava bazalarına yiyələnmək icazəsinə malik olubdur.
Foriegn Policy-də dərc edilmiş məqalədə bildirilir: Amerikanın 4 yüksək səviyyəli diplomatı və hərbi-kəşfiyyat rəsmisi deyiblər ki, İsrailin son zamanlar İran sərhədində olan Azərbaycan Respublikasının hava bazasından istifadə etmək icazəsini alması haqda rəsmi Vaşinqton məlumatlanıb.
Foriegn Policy iddia edir ki, amerikan rəsmilər İsrailin Azərbaycan Respublikasında günü-gündən artan hərbi iştirakından nigarandırlar!!
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sözçüsü Teymur Abdullayev Frans-Press Xəbər Agentliyi ilə müsahibədə Amerikanın Foriegen Policy jurnalının məlumatında sionist rejimin Azərbaycan Respublikasının hərbi bazalarından istifadə icazəsinə malik olması haqda irəli sürülən iddiaları rədd edərək, bunları əsassız adlandırıb.
Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-Siyasi Şöbə müdiri Əli Həsənov da qeyd edilən məlumata reaksiyada media mənsublarına açıqlaması zamanı deyib ki, bu "Təxminlər" İranla Azərbaycan Respublikası əlaqələrini pozmaq üçündür!!
Amerikanın Foriegn Policy jurnalının bu haqdakı məlumatı elə bir halda yayılıb ki, Azərbaycan Respublikasının müdafiə naziri Səfər Əbiyev son zamanlar Tehrana səfəri zamanı Azərbaycan Respublikasının bu ölkədən İrana hücum üçün istifadənin edilməsinə icazə verməyəcəyini bildirdi.
İran İslam Respublikası Xarici İşlər Nazirliyi son bir neçə ay içərisində İrana qarşı terrorçu hərəkətlərdə Bakı dövlətinin sionist rejimlə əməkdaşlıqlarına etiraz olaraq, Azərbaycan Respublikası hökumətinə bir neçə rəsmi nota veribdir.
2003-cü ildə Heydər Əliyevin dünyasını dəyişməsindən sonra Azərbaycan Respublikası prezidenti postuna sahib çıxan İlham Əliyevin prezidentliyi dövründə rəsmi Bakının sionist rejim və sionist cərəyanlara yaxınlığı daha şiddətli tempə malik olub.
Son illər ərzində sionist rejim rəsmi Bakının neft alış-verişlərində əsas tərəfə çevrilib və Azərbaycan Respublikasının neft gəlirləri sionist rejimə bağlıdır. Həmçinin sionist rejimin neftdən əlavə Azərbaycan Respublikasının başqa həyati əhəmiyyətli strukturlarına, o cümlədən Azərbaycan Respublikasının media və televiziyaları, Təhlükəsizlik Nazirliyi, Diaspora Məsələləri üzrə Komitə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi , Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinə xərçəngvari nüfuzu mislsiz formada artıbdır.
Sionist rejimin Azərbaycan Respublikasının hərbi quruluşuna xərçəngvari nüfuzunun artması nəticəsində son zamanlar Azərbaycan Respublikasının ən böyük silah satın aldığı müqavilə, yəni rəsmi Bakının sionist rejimdən 1.6 milyard dollarlıq silah satın aldığı müqavilənin rəqəmləri ifşa edildi. Həmçinin sionist rejiminin Bakı hökumətinə xərçəngvari nüfuzunun artması nəticəsində Azərbaycan Respublikası prezidenti İlham Əliyevin xarici səfərlərdə təhlükəsizliyinin təmin edilməsi Mossada tapşırılıb.
Son zamanlar Eurovision 2012 Müsabiqəsinin təhlükəsizliyinin təmin edilməsi bəhanəsi ilə Sionist rejim məmurlarının Bakıda olmalarının artması haqda bu şəhərdə bəzi söz-söhbətlər gəzir. Ötən il Eurovision-2012 Müsabiqəsinin Bakıda keçirilməsinə şərait yardan və sionistlərin Azərbaycan Respublikasındakı hərəkətlərinin artması ilə nəticələnmiş Bakının Eurovision-2011 Müsabiqəsinə göndərmiş qrupun birinciliyinin elan edilməsindən sonra sionist rejimin Bakıdakı səfirliyi ifşa etdi ki, bu səfirliyin mədəni mərkəzi Eurovision 2012-də seçilmiş iki müğənniyə təlim keçibdir.
Ekspertlər belə inanırlar ki, ötən bir ildə Eurovision Müsabiqəsinin keçirilməsi Azərbaycan Respublikasının ən böyük və ən çox prioritet təşkil edən məsələsinə çevrilib və sionist rejim də bu vəziyyətdən sui-istifadə edərək, Bakıdan geniş imtiyazlar alaraq əməldə Azərbaycan Respublikasını özünün müstəmləkəsinə çeviribdir.