Tarix : 2012 Apr 03
Kod 29472

Ərdəbilin imam cüməsi AR rəsmilərinə səsləndi: ''Vahid forma bəhanəsi ilə camaatın qızının başınd...

Camaatın namusunun ardınca düşən şəxsdən rəhbər olmaz. Vahid forma bəhanəsi ilə camaatın qızının başından hicabı açan məsul, başçı ola bilməz
/Aran agentliyi

AranNews - Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin sevimli imam cüməsi höccətül-islam vəl-müslimin Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində həzrət Musanın (ə) Şüeyb peyğəmbərin (ə) qızları ilə ilk görüşünə və həzrət Musanın (ə) həyasına işarə edərək, dedi: "Camaatın namusunun ardınca düşən şəxsdən rəhbər olmaz. Vahid forma bəhanəsi ilə camaatın qızının başından hicabı açan məsul, başçı ola bilməz".

Seyid Həsən Amili həmçinin, İslam Peyğəmbərinin (s) öz əbası ilə əsir bir qadının başını örtməsi hadisəsinə toxunaraq dedi: "Məsul və rəhbər gərək xalqın namusunu örtsün, nəinki onu açsın".

O, xütbələrinin davamında dedi: "İran İslam Respublikası dünyada ilk dəfə olaraq respublikanı islami olmaqla qeydləndirdi və  bu iftixar İran İslam Respublikasının tarixində həmişə parlayacaq. Əgər respublika qeydlənməsə və qərbin iddia etdiyi demokratiya dünyaya hakim olsa, Hitler, Hüsnü Mübarək, Səddam, Rzaxan, Buş və s. kimi canavar sifətli insanlar camaatın boynuna minər və xalqın qanını sorarlar.

İndi siz müşahidə edirsiniz ki, qərb iddiasına əsaslanan demokratiya ilə bizim şimal qonşuluğumuzda (Azərbaycan Respublikası) ölkə prezidenti nazirlik vəzifəsini pulla satır. Nazirlik vəzifəsini pulla almış nazir isə rayonlardakı vəzifələri də pul və rüşvətlə satmağa məcburdur. Vəzifəni pulla almış məsul da vəzifə üçün verdiyi pulu çıxarmaq üçün camaatdan rüşvət alır. Bu vəziyyət ölkədə fəsad və rüşvətxorluğun yayılmasına, əhalinin həddindən artıq sıxıntıda olmasına səbəb olur".

 

  

  • Yazılıb
  • da (də) 2012 Apr 03