Tarix : 2012 Apr 03
Kod 29490

Hacı İlqar İbrahimoğlu: ''3 milyonluq Bakıda azı 1000 məscidə ehtiyac var''

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni məscdilərin tikilməsi planlarının olmadığını, dindarlar isə 1000 məscidə ehtiyacları olduğunu deyir
/Aran agentliyi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yeni məscdilərin tikilməsi planlarının olmadığını, dindarlar isə 1000 məscidə ehtiyacları olduğunu deyir.

Şəhidlər Xiyabanındakı Türk məscidinin təmiri davam edir və yəqin yaxın vaxtlarda başa çatacaq. Bu məscidin bağlanma səbəbləri haqqında deyilən digər fikirlər reallığı əks etdirmir. Sadəcə məscid spesifik yerdə yerləşdiyindən, təmiri uzana bilər”.

Bunu “İslam və demokratiya” verilişinin qonağı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov deyir. Onun sözlərinə görə, bu caminin bağlanması ilə əlaqədar səslənən siyasi səbəblər əsassızdır.

​​Komitə nümayəndəsi deyir ki, hazırda Azərbaycanda Naxçıvan və işğal edilən ərazilər istisna olmaqla, 1800-dən çox məscid var. Bakı ərazisinə isə 120 məscid daxildir.

Hazırda yeni məscidlərin tikilməsinə dair hansısa xüsusi bir proqram yoxdur. Bu istiqamətdə işlər görülür. Gələcəkdə yeni ibadət yerlərinin tikintisi mümkün ola bilər”.

Dini Etiqad və Vicdan Azadlığının Müdafiəsi Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu isə bütün dünyada dini icmalara QHT statusu ilə yanaşılır: “İndi islam dini icmaları üçün üçqat qeydiyyat var – həm komitə, həm Qafqaz Müsəlmanları İdarəsi, həm də icra hakimiyyətindən keçmək lazımdır. Bütün dünyada bu prosesin şəffaf olması dövlətin xeyrinədir. Dünyada hər bir vətəndaş bir neçə strukturun fəalıdır. Bizdə isə heç 50-100 inanclıya bir icma düşmür”.

Hacı İlqar deyir ki, indi 3 milyonluq Bakıda məhəllə və kiçik hüseyniyyələrlə yanaşı, 1000 fəaiyyətdə olan məscidə ehtiyac var.

Qeyd edək ki, son 8 ildə Azərbaycanda 117 məscid, 1 kilsə və 1 sinaqoq inşa olunub, onlarla məscid, eləcə də 4 kilsə, 2 sinaqoq əsaslı təmir edilib. Dövlət qeydiyyatından keçmiş dini icmaların ayı 571-ə çatıb. Həmin icmalardan 551-i İslam, 20-si isə qeyri-islam təmayüllüdür.

(Azadlıq radiosu) 

  • Yazılıb
  • da (də) 2012 Apr 03