Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyasına qatılan erməni deputatlar Azərbaycan Respublikası prezidenti İlham Əliyevin çıxışının bəzi hisslərinə etiraz ediblər
/Aran agentliyi
Avronest Parlament Assambleyasının Bakıda keçirilən sessiyasına qatılan erməni deputatlar Azərbaycan Respublikası prezidenti İlham Əliyevin çıxışının bəzi hisslərinə etiraz ediblər.
Ermənistan nümayəndə heyətinin rəhbəri Vaan Ovannisyan sessiyada söz alaraq assambleyanın bürosuna şikayət etdiklərini deyib: “Biz Bakıda problemlə qarşılaşacağımızı təxmin edirdik. Bu gün həmin hadisə baş verdi. Azərbaycan rəsmisi mənim ölkəmi faşist dövləti adlandırdı. Bu, yolverilməzdir və biz artıq Avronest Parlament Assambleyasının bürosuna şikayət məktubu göndərmişik”.
Erməni nümayəndə heyətinin digər üzvləri Naira Zöhrabyan və Lilit Qalstyan da eyni etirazı bildiriblər.
Naira Zöhrabyan bildirib ki, Avronest etimad müstəvisidir.
Lilit Qalstyan Avronest Parlament Assambleyasında toplaşanların eyni dəyərləri bölüşdüyünü vurğulayıb və deyib: “Rütbəsindən asılı olmayaraq heç kimin bir dövlət haqqında belə ifadələr işlətməsi ilə barışa bilmərik”.
Qeyd etmək lazımdir ki, bundan əvvəl erməni deputatlar Bakıda yaxşı qarşılanmalarından razılıq bildirmişdilər.
Digər tərəfdən, QAT sədri erməni deputatların Bakıya səfər etmələrinə etirazına görə həbs olunmuşdur.
Erməni deputatların Bakı rəsmilərindən razılıq bildirməsi və QAT sədrinin onlara etiraz etdiyinə görə həbs olunması xəbərinin yayımlanması Azərbaycan Respublikası xalqının narazılığına səbəb olmuşdur. Buna görə Prezident İlham Əliyev bu gün Ermənistana qarşı sərt çıxış etməyə üstünlük vermişdir.