Tarix : 2012 Apr 03
Kod 29498

Azərbaycan hakimiyətindən fərqli Gürcüstan hakimiyətinin Allah evlərinə olan münasibəti

Gürcüstanın bəzi Məscidlərinə mədəniyyət abidəsi statusu verildi
/Aran agentliyi

 

Azadxeber.az saytının Publika-ya istinadən bildirdiyinə əsasən, Gürcüstanın bəzi bölgələrində fəaliyyət göstərən məscidlərin bir neçəsinə ölkənin Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi tərəfindən mədəniyyət abidəsi statusu verilib.

Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Nikolaz Ruruanın müvafiq əmri ilə Aspindza rayonunun Oşara kəndindəki məscidə mədəni irsin daşınmaz abidəsi statusu verilib.

Həmçinin Marneuli rayonunun Qızılhacılı kəndində yerləşən və 19-cu əsrdə inşa olunmuş məscidə, Dmanisi rayonunun Qızılkilsə kəndindəki məscidə, Axalsıxe rayonunun Xosplo kəndindəki Palavandişvili məscidinə, ümumiyyətlə, ölkə üzrə 21 məscidə mədəniyyət abidəsi statusu verilib.

 

 

 

  

  • Yazılıb
  • da (də) 2012 Apr 03