Tarix : 2012 Apr 03
Kod 29499

İP meriyanı məhkəməyə verə bilər

Bakı Şəhər İcra Hakimiyyəti hələ İctimai Palatanın 8 aprel mitinqinə yer ayrılması ilə bağlı müraciətinə cavab verməyib
/Aran agentliyi

 

Bakı Şəhər İcra Hakimiyyəti hələ İctimai Palatanın 8 aprel mitinqinə yer ayrılması ilə bağlı müraciətinə cavab verməyib. Bu barədə gunxeber.com-a İctimai Palatada təmsil olunan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu bildirib. Onun sözlərinə görə, İP bu gün axşamadək gözləyəcək, cavab olmasa sabah məhkəməyə müraciət ediləcək.  Bununla belə T.Yaqublu bildirib ki, istənilən halda son qərarı İP-in Koordinasiya Şurası verəcək.

Qeyd edək ki, İP aprelin 8-nə təyin etdiyi mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciəti martın 27-də göndərib.

Müraciətdə “Təbriz” və “Nərimanov” kinoteatrlarından birinin qarşısı saat 16.00-dan 18.00-a qədər müddətdə mitinq keçirilməsi üçün istənilib. Mitinqdə “Qarabağa azadlıq!”, “Yeni parlament seçkiləri keçirilsin!”, “Korrupsiyaya və rüşvətə yox!”, “Siyasi məhbuslara azadlıq” şüarları səsləndiriləcək.

Gunxeber.com 

  • Yazılıb
  • da (də) 2012 Apr 03