Ermənistanla müharibə etdikləri üçün bizimlə bu qədər yaxın idilər və birgə əməkdaşlıq edirdik
/Aran agentliyi
Ermənistanla müharibə etdikləri üçün bizimlə bu qədər yaxın idilər və birgə əməkdaşlıq edirdik.
AranNews – Seçki Təhlili İnformasiya Mərkəzinin verdiyi məlumata əsasən, Ayətullah Haşimi Rəfsəncani Beynəlxalq Araşdırmalar jurnalının 1391 Bahar sayına verdiyi müsahibəsində Orta Asiya və Qafqaz, əsasən də Türkmənistan və Azərbaycanla münasibətlərə toxunaraq deyib: "İranın şimalı olan Qafqazda Gürcüstan və Azərbaycan bizim ən yaxın dostlarımız idi".
Haşimi Rəfsəncani müsahibəsinin davamında deyib: "Azərbaycanda jurnalistlərin də iştirak etdiyi rəsmi bir iclasda cənab Heydər Əliyev mənə dedi ki, bizim on yeddi şəhərimiz sizə məxsusdur və onları qorumalısınız. Biz sizinləyik. Ermənistanla müharibə etdikləri üçün bizimlə bu qədər yaxın idilər və birgə əməkdaşlıq edirdik. Biz əgər təkcə öz regionumuzdakı ölkələrlə münasibətlərimizi yaxşılaşdırsaq, İranın regiondakı həqiqi qüdrət və gücü qorunar. Yəni İranın qüdrətinin mərkəzi regiondadır