Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi mötəbər Foreign Policy nəşriyyatına məktub ünvanlayaraq Azərbaycan Respublikası tərəfindən İsrail ...
/Aran agentliyi
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi mötəbər Foreign Policy nəşriyyatına məktub ünvanlayaraq Azərbaycan Respublikası tərəfindən İsrail rejimin ixtiyarına baza verilməsi xəbərinin ifşa olunmasına etiraz edib.
Yerli mənbələrin məlumatına əsasən, Azərbaycanın Vaşinqtondakı səfirliyi öz etirazında İsrail rejiminə bazanın verilməsi və Azərbaycan Respublikası prezidenti ilə sionist rejimin təhlükəsizlik nazirinin görüşünün mehvərləri barəsində Foreign Policy-nin xəbərini təxribatçı və qeyri-həqiqi adlandırıb.
Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan hərbi bazasının İrana qarşı sionist rejim tərəfindən istifadə olunması ilə əlaqədar Foreign Policy jurnalında dərc olunmuş məqaləni rəsmi Bakıya qarşı əsassız və mənfi təbliğatın bir hissəsi adlandırıb.
News One İnformasiya Agentliyi ilə müsahibədə hansı şəxslərin hansı məqsədləri izlədiyini Azərbaycanın yaxşı bildiyini qeyd edən Novruz Məmmədov söyləyib: İran və Azərbaycan arasında münasibətləri bir-birinə vurmaq məqsədində olan şəxslərin səyi məğlubiyyətlə üzləşəcək.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sionist rejimlə münasibətlərdə sayıqlığın zəruriliyi barəsində rəsmi Bakıya xəbərdarlıq edərək deyib: Təl-Əviv Türkiyə ilə əlaqələrinin gərginliklə üzləşməsi ilə Bakının regionda sionist rejimin yeni strateji müttəfiqi və şəriki olduğunu göstərməyə maraqlıdır. Halbuki Tehran və Bakı arasında münasibətlərdə böhran artdığı halda Azərbaycan Respublikası zərər görəcək və sionist rejim yalnız öz mənafeyinin ardınca olacaq.