Tarix : 2012 Apr 04
Kod 29522

Bakıda İslami atributların satışına qadağa qoyuldu

Bakı Metropoliteni ərazisində İslami atributların satışına qadağa qoyuldu
/Aran agentliyi

 

Bakı Metropoliteni ərazisində ki, ticarət obyektlərində İslami atributların satışına qadağa qoyulub. Bu qadağa rəsmən 2 Aprel 2012-ci ildən başlayıb. Azadxeber.az saytına bu məlumatı inanclı müsəlmanlardan biri xəbər verib. Azadxeber.az saytının əməkdaşı bu məsələ ilə bağlı metroda ticarət edən və İslama aid mallar satan inanclılar arasında sorğu keçirərkən bu məsələnin dəqiq olduğunu aydınlaşdırıb. Dini mallar satan dükan sahiblərindən biri hadisəni bu cür danışdı:

Dükan sahibi:"Ticarət obyektlərinə nəzarət edən zəng edib mənə dedi ki, Məşədi dükanda satdığın bütün dini malları yığışdırmalısan. Mən soruşdum səbəb nədir? Niyə yığışdırım? Dedi ki, təcili yığışdır,yada bağla hələlik telefon söhbəti deyil. Gələrəm ora danışarıq."

Metroda dükanlara nəzarət edən Dövlət qulluqçusu: "Qardaş bizə rəsmən bildiriş gəlib yuxarıdan ki, Metropolitenin ərazisində olan bütün dini mallar yığışdırılmalıdır. Səbəbin deməyiblər. Bilmirəm nə məsələdir. Amma xaiş edirəm söz-söhbətin onsuzda yeri yoxdur Ya zorla ya xoşluqla yığışdırmalısan. Hicab, Təsbeh, Qiblənamə, Namaz təqvimi, Allah və Mühəmməd (ə) yazılan nimçələr, ramkalar ümumiyyətlə İslam atributunu əks etdirən və Allahı yada salan nə varsa hər şey yığışdırılmalıdır. Bizlik deyil məndə namaz qılanam amma gizli qılıram neyləyim qardaş. Guya mənə xoşdur? Əgər görsələr sənin mallarını müsadirə edəcəklər mənə isə cinayət işi açılacaq ya da işimdındə olacam. Mənlik bir şey yoxdur. Tapşırıq yuxarıdandır."

Dükan sahibi:"Onda bəs Xristianların Xaç işarəsi olan hədiyyə və yaxud Yəhudilərin davud ulduzu olan hədiyələr satsam və digər əxlaqsız suvenirlər satsam necə? Ona bir söz deməzlər?"

Metroda dükanlara nəzarət edən Dövlət qulluqçusu:"Nə istəsən sat bircə İslama aid heçnə olmasın. Vallah mənlik deyil. Bizə bildiriş gəlib belədə olmalıdır."

Azadxeber.az

  • Yazılıb
  • da (də) 2012 Apr 04