Tarix : 2012 Apr 04
Kod 29523

Sabirabadda aksiya oldu

Bu gün Sabirabad rayonunun Minbaşı kəndinin sakinləri etiraz aksiyası keçiriblər
/Aran agentliyi

Aksiyada 500 nəfərə yaxın sakin iştirak edib. Aksiya iştirakçıları yolu bağlayıblar. Onların tələbləri rayon icra hakimiyyətindən nümayəndənin onları dinləməsi, həmçinin sel daşqınlarına görə dövlətin vətəndaşlara ayırdığı vəsaitin ədalətli şəkildə bölünməsidir.

Qeyd edək ki, Kür daşqınlarından əziyyət çəkən Sabirabadın Minbaşı kəndinin sakinləri aksiya keçirmək üçün kənd meydanına toplaşıblar. Rayon polisi kəndi mühasirəyə alıb. Polis qüvvələri aksiyanı əngəlləmək üçün kəndə səfərbər olunub.

  • Yazılıb
  • da (də) 2012 Apr 04