/Aran agentliyi
Azərbaycan “İran problemi”nin güc vasitəsilə həllini nəzərdə tutan heç bir təşəbbüsü dəstəkləməyəcək. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Əgər belə təşəbbüs yaranarsa, o zaman Azərbaycan onu dəstəkləməyəcək, çünki İranla aramızda mehriban qonşuluq və dostluq münasibətləri mövcuddur”, - deyə E.Məmmədyarov Bakıda keçirilən brifinqdə bildirib.
Bununla yanaşı, E.Məmmədyarov xatırladıb ki, bu mövqe mart ayında Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin imzaladığı Naxçıvan bəyannaməsinə əsaslanır.
O qeyd edib ki, Avropa İttifaqının genişlənməsi və Avropa qonşuluq siyasəti üzrə Avropa komissarı Ştefan Fule ilə Bakıda keçirdiyi görüşün mövzularında biri İran və Suriya problemləri olub. (interfaks)
islamazeri.az