Tarix : 2012 Apr 04
Kod 29527

''İran atom bombasına qarşıdır''

İran İslam Respublikası prezidenti deyib: İran ümumiyyətlə atom bombasının mövcudluğuna qarşıdır və onu əxlaq və bəşəriyyətə qarşı hesab edir
/Aran agentliyi

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad Almaniyanın ZDF telekanalı ilə müsahibədə söyləyib: Atom bombası ötən əsrə aid olub və onu əldə etmək ardınca olan hər bir şəxs tarix, insanlıq və siyasətdən geri qalmışdır.

"Nə üçün bir qrup sionistin bütün xalqları hədələmək haqqı olmalıdır?" sualının irəli sürən  Əhmədinejad daha sonra deyib: "Görəsən dünyada yazılmamış qanun mövcuddur ki, sionistlər bu qanun vasitəsi ilə özlərini bütün beynəlxalq qanunlardan üstün hesab edir, xalqları hədələmək hüququna yiyələnir, ABŞ, Avropa və digər xalqlara qarşı çıxır, terror və soyqırımı kimi faciələr törədirlər?

"Nə üçün Avropa dövlətləri qeyd-şərtsiz olaraq sionistləri dəstəkləyirlər və ABŞ xalqının sərvəti Fələstin xalqını qırğın etmək və İranı hədələmək üçün xərclənir? sualını irəli sürən İran İslam Respublikası prezidenti əlavə edib: İran işğal olunmuş və yaxud işğalçı dövlət deyil. İran 7 min ildən artıq tarix və sivilizasiyaya malik müstəqil bir ölkədir.

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə istədikləri bütün mərkəzləri araşdırmaq icazəsi verməməsi ilə bağlı sualı cavablandıran İran prezidenti deyib: AEBA indiyə qədər İranda çoxlu məkanlarda olub və İran agentliklə öhdəliklərdən artıq əməkdaşlığa malik olub. Bu məsələni sənədlər də isbat edir.

Əhmədinejad Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə İranın əməkdaşlıqları istiqamətində bir sıra problemin mövcud olduğunu bildirib və deyib: İlk öncə agentlik müstəqil davranmayıb və böyük qüdrətlərin nəzarəti altındadır. Bu sual irəli sürülür ki, əgər İran da BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olsaydı və yaxud Amerikanın müttəfiq ölkələrindən biri sayılsaydı, yenə də agentlik İranla belə davranardımı?

Əməkdaşlıqlar zamanı AEBA-ya təqdim edilən İranın bir çox müdafiə informasiyasının qanunsuz olaraq düşmən dövlətlərin ixtiyarına verildiyini bəyan edən Əhmədinejad vurğulayıb: İranın nüvə informasiyaları bütün medialarda yayımlandı. Bu isə agentliyin qanunlarına açıq-aşkar ziddir.

İran prezidenti dünyada gərginliyin azaldılması istiqamətində İranın gələcək addımları barəsində sualı isə belə cavablandırıb: İran həmişə dünyada gərginliklərin aradan qaldırılması ardınca olub. Lakin gərginlik, ekspansionistlik və ayrı-seçkiliyin səbəbi və kökü dünyaya hakim olmaq istəyən bir neçə ölkədir.

"İran İslam Respublikası dünyada işğalçılıq, müharibə və ayrı-seçkiliyin olmaması, xalqların hüquqlarının tapdalanmaması və bütün xalqlara hörmətlə yanaşılmasını istəyir" –deyə İran prezidenti qeyd edib

 

 

  • Yazılıb
  • da (də) 2012 Apr 04