Qəbələ RLS Azərbaycanın mülkiyyətidir və onu kimə, hansı müddətə, hansı şərtlərlə icarəyə verməyi dövlət maraqlarından çıxış edərək müəyyən edir
/Aran agentliyi
Qəbələ RLS Azərbaycanın mülkiyyətidir və onu kimə, hansı müddətə, hansı şərtlərlə icarəyə verməyi dövlət maraqlarından çıxış edərək müəyyən edir.
SalamNews-un məlumatına görə, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
O vurğulayıb ki, biz onun qiymətini də, siyasətini də, qonşu dövlətlərlə münasibətlərə təsirini də nəzərə alırıq.
"Ermənistanın baş naziri bildirib ki, Azərbaycan və Rusiya Qəbələ RLS-də razılığa gəlməsələr, Ermənistan Rusiyaya bu cür stansiyanın tikintisinə icazə verə bilər" fikrinə cavab verən şöbə müdiri deyib: "Bizim buna heç bir etirazımıəz yoxdur. Əlbəttə, Ermənistan forpostursa, həm də radiolokasiya forpostu niyə olmasın? Rusiyaya Ermənistan ərazisində RLS tikmək lazımdırsa, buna etiraz etməyəcəyik. Azərbaycan onun ərazisindəki məntəqələrə, o cümlədən hərbi məntəqələrə cavabdehdir, onunla bağlı siyasətini özü müəyyənləşdirir".