İrana qarşı hərbi müdaxilə Azərbaycan və ərəb ölkələrinin təhlükəsizliyini də təhdid edir
/Aran agentliyi
Rusiyanın xarici işlər naziri İrana qarşı hər hansı hərbi müdaxilə barədə xəbərdarlıq edərək dedi: "İrana qarşı hərbi müdaxilə Azərbaycan və ərəb ölkələrinin təhlükəsizliyini də təhdid edir".
AranNews - Mənbəmizin Londonda nəşr olunan "Əl-şərqul-əvsət" qəzetinə istindala məlumatına əsasən, Sergey Lavrov Ermənistanın xarici işlər naziri Edvard Nalbəndiyan ilə görüşündən sonra dedi: "İrana qarşı hərbi müdaxilə gündəmə gəlsə, bu məsələ Ermənistandan əlavə, Azərbaycanı da təhdid edir. Bu mövzuya diqqət etmək lazımdır ki, İranda yaşayan azərilərin sayı Azərbaycan Respublikasında yaşayan azərilərin sayından üç dəfə çoxdur. Sözsüz ki, İrana hərbi hücum ölkədə qaçqınlıq dalğası yaranmasına səbəb olacaq. Allah eləməsin, əgər belə bir hadisə baş versə, bu qaçqınların çoxu Rusiyaya gələcək. Bu mövzu mənim üçün çox aydındır. Bunu da nəzərə alaq ki, Rusiyada azərilərin sayı həddindən artıqdır".
Lavrov daha sonra deyib: "İrana hərbi müdaxilə regional təhlükəsizliyi və həmçinin ərəb ölkələrinin təlükəsizliyini təhdid edir. Bu hadisənin nəticələrini qiymətləndirmək, onun çoxlu dəyişikliklərinin olmasına görə çox çətindir. Amma aydın olan budur ki, bu hadisə mənfi və təhlükəlidir".
ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalı da yazdı: "Azərbaycanın hava bazalarından istifadə, İsrailin İrana hava hücumu qarşısında duran ən böyük problemi, yəni havada yanacaq doldurmanı həll edir".
Bundan qabaq Azərbaycan Respublikası İsrailin İrana qarşı hərbi zərbələrdə İsraillə hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığını rədd etmiş və Azərbaycanın platsdarm olmayacağını bildirmişdi. İndi isə İranın qonşuları arasında İsrail ilə hərbi-təhlükəsizlik sahəsində ən yüksək səviyyədə əməkdaşlığı olan Azərbaycan Respublikasıdır.