Azərbaycan Respublikasının bir qrup kəlbəcərli jurnalisti Ali Məqamlı Rəhbərə məktub vasitəsilə müraciət ediblər
/Aran agentliyi
Azərbaycan Respublikasının bir qrup kəlbəcərli jurnalisti Ali Məqamlı Rəhbərə məktub vasitəsilə müraciət ediblər.
AranNews - Mənbəmizin "ANS" televiziya kanalına istindala verdiyi məlumata əsasən, bu jurnalistlərin müraciətində Ali Məqamlı Rəhbər Ayətullah Seyyid Əli Xameneiyə Azərbaycan-İran din qardaşlığına əsasən 19 ildir ermənilər tərəfindən işğal olunmuş Kəlbəcərdə maddi-mədəniyyət nümunələrinin dağıdılması ilə yanaşı, məscidlərdə donuz saxlanması barədə də məlumat verilib və bu məsələdən narahat olduqlarını bildiriblər. Müraciətdə həmçinin Ayətullah Seyyid Əli Xameneidən dünya müsəlmanlarının rəhbəri olaraq erməni katalikosuna bəyanat və ya hansısa müraciət etməsi, xahişi öz əksini tapıb.
Bu məlumata əsasən, hal-hazırda Azərbaycan Respublikasının 20%-i işğal altındadır və Qarabağ işğalçıları ötən illər ərzində müsəlmanların məscidlərinə bir çox hörmətsizliklər ediblər və İranda yaşayan mərcəi-təqlidlər, o cümlədən Ali Məqamlı Rəhbər bu barədə bir neçə dəfə öz mövqeyini bildirmiş və yuxarıda qeyd edilən bu hərəkətləri pisləmişdir.
Qeyd edək ki, Bakı dövləti ötən illər ərzində bəzi məscidləri sökməsi və ya bağlaması, həmçinin Eurovision müsabiqəsi xatirinə Bakı şəhərində bir məscidi sökməsi ilə, faktiki olaraq Qarabağ işğalçıları ilə eyni əməli icra etmişdir. Bu da azəri fəalların, o cümlədən jurnalistlərin ümidsizliyinə səbəb olmuşdur. Belə ki, indi onlar işğal olunmuş ərazilərdə öz mədəniyyət nümunələrininvə dini əsərlərinin qorunması üçün Ali Məqamlı Rəhbərə müraciət ediblər.