/Aran agentliyi
Respublika Baş Prokurorluğu Quba hadisələri ilə bağlı növbəti açıqlama yayıb. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda bildirilir ki, bu ilin martın 1-də Quba şəhərində baş vermiş inqilabla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilib. 30 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib. onlardan 12-si həbs olub, 18-i isə başqa yerə aparılıb.
Həmçinin “Xəyal” müstəqil teleradio şirkətinin baş redaktoru Zaur Quliyev və icraçı direktor Vüqar Qonaqov ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Quba rayonunun icra hakimiyyətinin başçısı Rauf Həbibovun Quba əhalisinə qarşı təhqiramiz çıxışının videosu internetdə yayılandan sonra qəzəblənən qubalılar martın 1-də Quba əhalisi kütləvi aksiyaya başladı.
Yayımlanan Videoda icra başçısı çıxış edir və qubalıların ünvanına bir sıra ittihamlar səsləndirir.
: “Qubalılar Qubanı satıb, 30-40 manat bazarlığa satıblar. Müəyyən nankor qubalılar tərəfindən satılıb. Baxın, görün, qubalılar həm öz xalqını satıb, həm öz dövlətini satıb, həm öz ailəsini satıb…”.
Qubada başlanan hdisələr hakimiyyəti təşvişə saldı. Bəzi KİV-lər ona Quba baharı adı da verdilər və Qubada başlanan inqilabın digər rayonlara da çəkiləcəyini dedilər. Hakimiyyətin qorxusuna səbəb Almaniyanın Münhen şəhərində keçirilən təhlükəsizlik iclasıda İlham Əliyev Azərbaycan Respublikasının vəziyyətini Misir ilə müqayisə edən sual olmuşdur. Hakimiyyət isə inqilabın yayılmasının qarşısını almaq üçün Bakıdan xüsusi polis əməliyyatçılarını Qubaya göndərdi və həbslərə başlanıldı. Amma qəzblənən rayon əhalisi icra başçısının villasını ota çəkərək onun istefasının tələb etdilər.
Qubalıların etiraz aksiyası nəticəsində Quba Rayon İcra Hakimiyyətinin başçısı istefaya məcbur oldu. Bu Azərbaycan Respublikasının sosial inqilabının ilk nəticəsi və hakimiyyətin xalqın tələbi qarşısında ilk təslimçiliyi idi. Martın 1-dən Qubada başlan inqilabdan bəri, etirazçıların ilk tələbi icra başçılırın istefasından keçir.