Tarix : 2012 Apr 06
Kod 29543

Azərbaycanda meşə yanğınları nəticəsində İranın Sərhəd məntəqəsini duman sardı

Azərbaycan Respublikasının sərhəd meşə zolağında yanğın çıxması nəticəsində Parsabad məntəqəsi və bir sıra digər sərhəd kəndlərinin səmasını tüstü dumanı bürüyüb
/Aran agentliyi

Azərbaycan Respublikasının sərhəd meşə zolağında yanğın çıxması nəticəsində Parsabad məntəqəsi və bir sıra digər sərhəd kəndlərinin səmasını tüstü dumanı bürüyüb.

Parsabad məntəqəsinin icra başçısı Vəli Kərimi cümə axşamı İRNA-ya verdiyi müsahibədə deyib: 2 gün öncə başlanmış və hal hazırda da davam edən meşə yanğınları nəticəsində Azərbaycan Respublikası ərazisində sərhəd çayının kənarında yerləşən meşə zolağının böyük bir hissəsi yanaraq külə dönüb. Müxtəlif növlü meşə ağacları, bitki örtüyü və avtomobillər yanğın nəticəsində məhv olub.

V.Kərimi bu yanğının bilərəkdən törədilməsi ehtimalını istisna etməyərək, deyib: Parsabad Sərhəd Qoşunları komandanlarının baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının sərhəd qoşunları komandanları ilə danışıq cəhdi hələ ki, nəticəsiz qalıb.

O daha sonra dedi: Bu yanğın vəhşi heyvanların yaşadıqları ərazilərin habelə, bir çox vəhşi heyvanın məhv olmasına səbəb olub.

Parsabad məntəqəsinin icra başçısının dediyinə görə, yanğın nəticəsində bir çox vəhşi meşə heyvanı ölkəmizə pənah gətirib.

V.Kərimi İRNA ilə müsahibəsinin davamında Araz çayının bu yanğının İran ərazisinə keçməsi qarşısında böyük maneə olduğunu xatırladaraq, eyni zamanda bildirib ki, məntəqədəki yanğınsöndürmə və təcili yardım qüvvələri tam hazırlıq vəziyyətinə gətiriliblər.

Parsabad sərhəd məntəqəsi Ərdəbil vilayətinin ən şimal məntəqəsi sayılır və Azərbaycan Respublikası ilə 100 kilometr quru və su sərhədinə malikdir.

  • Yazılıb
  • da (də) 2012 Apr 06