İran İslam Respublikası müstəqilliyinin ilk günlərindən Azərbaycan Respublikasını himayə edib. Bu sözləri Bakıda çıxan Hüquq və Azadlıq qəzeti yazıb
/Aran agentliyi
İran İslam Respublikası müstəqilliyinin ilk günlərindən Azərbaycan Respublikasını himayə edib. Bu sözləri Bakıda çıxan Hüquq və Azadlıq qəzeti yazıb.
Hüquq və Azadlıq qəzeti son sayında Bakı Dövlət Universitetinin müəllimi və beynəlxalq əlaqələr üzrə ekspert Atamoğlan Məhəmmədlinin qələmə aldığı məqaləni dərc edərək, yazıb: Heç vaxt Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ayrılıq olmayıb.
A.Məhəmmədli məqaləsinin davamında yazır: İki ölkə əlaqələri iqtisadi, siyasi və insani cəhətlərə malikdir və daha çox iki qardaş arasındakı münasibətlərə bənzəyir.
Bakı Dövlət Universitetinin müəllimi və beynəlxalq əlaqələr üzrə ekspert Atamoğlan Məhəmmədli Hüquq və Azadlıq qəzetində dərc olunan məqaləsində habelə, Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk gündən İranın xeyriyyə cəmiyyətlərinin Azərbaycanda müharibə qaçqınları və müharibədən zərərçəkənlərə bir çox maddi və mənəvi yardımlar göstərdiklərini də qeyd edib.