Tarix : 2012 Apr 07
Kod 29545

Sionist rejim Azərbaycanın istifadəsiz hava limanlarına göz tikib

ABŞ rəsmiləri sionist rejimin məntəqədə hərbi əməliyyatları asanlaşdırmaq məqsədilə Azərbaycanın istifadəsiz hava limanlarını satın almaq planından xəbər veriblər
/Aran agentliyi

Əl-Aləm kanalının məlumatına görə, sionist rejimin 2-ci telekanalının beynəlxalq xəbər bölməsinin baş redaktoru İrad Nir bu məsələ ilə bağlı deyib: ABŞ-ın yüksək səviyyəli bir hərbi rəsmisi son zamanlar bildirib ki, İsrail Azərbaycan Respublikasının istifadəsiz hava limanlarını satın almaq istiqamətində səylərə başlayıb.

İ.Nir əlavə edib: Azərbaycan Respublikasının İran İslam Respublikası ilə 490 kilometrlik sərhəd zolağına malik olması İsrailin diqqətini bu ölkəyə cəlb edib.

İrad Nir daha sonra bildirib: Azərbaycan Respublikasında keçmiş Sovetlər dövründən qalma 4 istifadəsiz hava limanı var. Bundan başqa Azərbaycan Respublikası ordusunun ixtiyarında 4 hərbi hava limanı mövcuddur.

Sionist rejimin 2-ci telekanalının beynəlxalq xəbər bölməsinin baş redaktoru İsrailin İrana qarşı hərbi əməliyyatlarda Azərbaycan Respublikasının hava limanlarından istifadəsi məsələsi haqda da deyib: Bakı-Tehran münasibətlərini nəzərə alaraq, Azərbaycan Respublikası rəsmiləri bunu təkzib etdilər. Bu xəbərin mediaya sızmasının ardınca Azərbaycan Respublikası hökuməti bir bəyanat yayaraq, rəsmən onu təkzib etdi və xəbərin həqiqətə uyğun olmadığını bildirdi.

İrad Nir xəbərlə bağlı açıqlmasının davamında deyib: Azərbaycan Respublikası bu xəbərin yayılmasında məqsədin Azərbaycan Respublikası ilə İran arasındakı tarixi və dostluq əlaqələrinə zərbə vurmaq olduğunu bildirdi.

Yazıçı və siyasi məsələlər üzrə ekspert Kamal Faur isə əl-Aləm kanalının həftəlik "İsrailin gözü ilə" proqramında bu məsələni təhlil edərək, bildirib ki, bu kimi xəbərlərin yayılması yalnız ABŞ və İsrailin İrana qarşı psixoloji müharibəsi çərçivəsində dəyərləndirilə bilər.

K.Faur daha sonra bildirib ki, amerikalı siyasi təhlilçilərin qənaətinə görə, İrana hücum regionun sərhədlərindən kənara sirayət edəcək bir müharibəyə səbəb olacaq və bunun sonunu proqnoz etmək imkansızdır.

Səhər.TV

  • Yazılıb
  • da (də) 2012 Apr 07