/Aran agentliyi
Ermənistan parlamentinin Şərq Partnyorluq Assambleyası Avronest nümayəndə heyəti təşkilatın Bakıda başa çatmış ikinci plenar iclasının işindən və nəticələrindən razı qaldığını bildirib.
Mən Avronestin bu sessiyasının nəticələrini müsbət qiymətləndirirəm və nümayəndə heyətimizin bu tədbirdə iştirak etdiyini düzgün hesab edirəm, - deyib cümə axşamı Yerevanda BBC Azərbaycananın müxbirinə Ermənistan nümayəndə heyətinin rəhbəri Vahan Hovhannisyan.
Vahan Hovhannisyanın sözlərinə görə, Ermənistan nümayəndə heyətinin üzvləri Avronestin 4 komissiyasının işində iştirak edib, demokratiya inkişafı, sosial və başqa məsələlərlə bağlı bir sıra təkliflər irəli sürüblər.
Birinci iş günü ruh yüksəkliyi şəraitində keçib. Və xüsusilə Azərbaycan nümayəndə heyətinin konstruktivliyini qeyd etmək istərdim. Müzakirə olunan bütün məsələlər normal surətdə sənədləşdirildi, - söyləyir Vahan Hovhannisyan.
Həmin gün nümayəndə heyətləri Azərbayczn prezidentinin iqamətgahında İlham Əliyevlə görüşüblər. Vahan Hovhannisyanın sözlərinə görə, bu görüş zamanı bir nəfər də olsa informasiya vasitələri nümayəndəsi olmayıb.
"Və prezident Əliyev nə münaqişədən söz açıb, nə də, ümumiyyətlə, Dağlıq Qarabağ söz birləşməsini işlədib. Lakin sabahısı gün iclasın açılışında öz uzun-uzadı nitqində çox aqressiv, qəbuledilməz şəkildə anti-erməni ifadələr işlədti", deyir Ermənistan nümayəndə heyətinin rəhbəri.
Contact.az saytı xəbər verir ki, prezident İlham Əliyev iclasın açılışında etdiyi çıxışında "Ermənistanı Azərbaycan ərazilərinin bir hissəsini işğal etməkdə, etniki təmizləmələrdə, dinc vətəndaşların qətlində və BMT qətnamələrini yerinə yetirməkdən imtinada ittiham edərək ermənilərin əməllərini faşistlik" adlandırıb.
Vahan Hovhannisyan İlham Əliyevin çıxışında işlətdiyi ifadələri və vurğularının bütün Avronest iştirakçılarını sarsıdıb.
"Bu nitq Avronest iştirakçılarına çox pis təsir bağışladı. Onlar fasilə zamanı bizə yaxınlaşıb deyirdilər ki, belə şey gözləmidilər, bu qəbuledilməzdir, bir sıra Azərbaycan deputatları da bizə yaxınlaşıb üzr istəyirdilər".
Ermənistan nümayəndə heyəti Bakıda ünsiyyətdə olduqları Azərbaycan parlament üzvləri, sadə vətəndaşların, hotel əməkdaşlarının münasibətindən və rəftarından razı qaldıqlarını, erməni nümayəndə heyətinin təhlükəsizliyi də çox yüksək professionallıqla təmin edildiyini bildirirlər.
"Faktiki, görünür bu ölkədə bir adam var, hansı kı yaxın əhatəsində olanlarla müharibə hədələri ilə Azərbaycan xalqının gözündə siyasi dividendlər qazanır", - qənaət çıxarır Ermənistan Avronest nümayəndə heyətinin rəhbəri Vahan Hovhannisyan.