Aprelin 17-də O.E.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasında “İslam bankları haqqında qanunun aktual aspektləri” mövzusunda dəyirmi masa keçiriləcək.
/Aran agentliyi
SalamNews islamnews-a istinadən xəbər verir ki, tədbirdə Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universiteti, M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Ali İqtisad Məktəbinin elmi-tədqiqat institutu, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Rusiya Regional Banklar Assosiasiyası, Rusiya Banklar Assosiasiyası, həmçinin Rusiya Müftilər Şurasının nümayəndələri iştirak edəcəklər.
İslam bankları haqqında qanunun müxtəlif aspektləri üzrə hesabatların dinlənilməsindən sonra müzakirələr aparılacaq.
Tədbirin təşkilatçısı “Fikra” İslam Analitik Mərkəzidir.
SalamNews