Bu gün səhər saatlarında Gəncədə Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib
/Aran agentliyi
Bu gün səhər saatlarında Gəncədə Nizami rayonu Mahrasa bağı adlanan ərazidə silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib. Insidentin səbəkarı Dağıstan vətəndaşı vəhabi təriqətinə məxsus şəxs olduğu bildirilir.
Hadisə zamanı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, 3-ü ağır xəsarət alıb. Qanunsuz silahlı birləşmənin 1 üzvü həlak olub, 2-si xəsarət alıb.
Gəncədən əldə edilən son məlumata əsasən Radikal dini qruplaşmanın üzvü olan bir şəxs FHN işçilərinin üstünə halqası çəkilmiş qumbara atıb və partlayış nəticəsində yaralananlar olub.
Bundan sonra digər hüquq-mühafizə orqanları da işə qarışıblar. Təbriz küçəsində evə qapanan silahlı şəxsə də kömək gəlib və onlar MTN və polis işçilərinə müqavimət göstəriblər. Müqavimət bütün gecə boyu davam edib, bu səhər isə atışma daha da şiddətlənib. Həmin şəxsin Dağıstandan gəlmiş, milliyyətcə ləzgi olan və vəhabi təriqətinə məxsus şəxs olduğu bildirilir. O və yaxın adamları Gəncədə "Hücrə evi" adlı mərkəz yaradıblarmış.
Qeyd edək ki, Azərbaycan Respublikasında əsl dindarların hökumət tərəfindən təziyyiq və basqıya məruz qaldığı bir vaxtada vəhabilər azad şəkildə fəaliyyətə malikdirlər və deyilənlərə görə Azərbaycan Respublikası hökuməti tərəfindən dəstəklənirlər. Vəhhabilər Azərbaycanı özləri üçün əmin-aman yer sayıblar.
Digər məlumata görə Gəncə şəhərində terrorçu qruplaşma PKK və Pejaklar və Münafiqlərin da yuva saldığı deyilir.