/Aran agentliyi
APA-nın xəbərinə görə, “Xocalı qətliamı hələ də Azərbaycanı təqib edir” adlı məqalə soyqırımın 20-ci ildönümünə həsr olunub.
Məqalədə Xocalı soyqırımının şahidləri ilə söhbətlər də yer alıb. “Bu, mənim üçün 20 ildir davam edən qorxulu yuxudur və ağrısı hələ də məni tərk etməyib” - deyə Əlövsət Quliyev bildirib.
Məqalə müəllifi qeyd edir ki, məcburi köçkün vəziyyətinə düşmüş Xocalı sakinləri çox ağır şərtlər altında yaşasalar da, Xocalıya qayıtmaq arzusundan əl çəkmirlər. “Bu, mənim torpağım deyil” - deyə Xocalıda şəhid olmuş qardaşının şəklini göstərən 42 yaşlı məktəb direktoru Fiqurə Rüstəmova qeyd edib: “Mən bu torpaqla bağlı deyiləm və Xocalıya qayıtmaq istəyirəm ki, öləndə qardaşımın və valideynlərimin yanında dəfn olunum”.