Bəzi ekspertlər belə düşünürlər ki, Bakı dövləti ABŞ və bəzi ərəb ölkələrinin həmkarlığı ilə vəhabiləri şiə fəalları ilə üz-üzə qoymaq üçün himayə etmişdir
/Aran agentliyi
Bəzi ekspertlər belə düşünürlər ki, Bakı dövləti ABŞ və bəzi ərəb ölkələrinin həmkarlığı ilə vəhabiləri şiə fəalları ilə üz-üzə qoymaq üçün himayə etmişdir.
AranNews - Azərbaycan mediası Bakı, Gəncə, Şəki , Sumqayıt və Zaqatala şəhərlərində 17 nəfər təxribatçının yaxalanması xəbərini yaydılar.
AranNewsin məlumatına əsasən, Bakı dövləti təhlükəsizlik qüvvələrinin indiyə kimi şiə fəallarına qarşı apardıqları əməliyyat tədbirlərinin ardınca, dünən ölkənin bir neçə mühüm şəhərində 17 nəfəri təxribatçı adı ilə həbs ediblər.Vəhabi əqidəsinə mənsub olması deyilən bu şəxsləri Bakı dövləti təxribatçı adlandırıb.
Bu hadisənin zehində yaratdığı sual budur ki, əhalisinin 85%-dən çoxu şiə olan bir ölkədə vəhabilər fəaliyyət göstərməyə necə imkan tapdılar?
Bəzi ekspertlər belə düşünürlər ki, Bakı dövləti, ABŞ və bəzi ərəb ölkələrinin həmkarlığı ilə vəhabiləri şiə fəalları ilə üz-üzə qoymaq üçün himayə etmişdir və indi də öz gümanına əsasən, şiə fəallarını saxlamaq və onlara uzun müddətli həbs cəzası verməklə islamçılar mövzusunun aradan qalxdığını hesab edir. Ona görə də Eurovision müsabiqəsi ərəfəsində hakimiyyətin nəzərdə tutduğu sabitlik üçün problem yarada biləcək vəhabi fəallarını həbs etməklə Eurovision müsabiqəsi üçün ev sahibliyinə hər tərəfli hazır olduğunu göstərməyə çalışır.