Elə dövlətlər var ki, orada 18-21 faiz əhali arasında işsizlik mövcuddur. Hesab edirəm ki, Azərbaycanda bu problem var
/Aran agentliyi
Azərbaycanda iqtisadi gücünün artmasına baxmayaraq, ölkədə hələdə işsizlik problemi var. Bunu SalamNews-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, işsizliyin səviyyəsi ABŞ kimi ölkədə 10 faizdən çoxdur. Elə dövlətlər var ki, orada 18-21 faiz əhali arasında işsizlik mövcuddur. Hesab edirəm ki, Azərbaycanda bu problem var.
O deyib: "Bu problemin həlli dövlət proqramları çərçivəsində həyata keçirilir. Ona görə də Prezident İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam imzalayıb. Bu proqramın ölkədə tətbiqi əhalinin həyat səviyyəsinin yüksəlməsinə, işsizliyin aradan qaldırılmasına yönələn sənəddir. Bu Proqram ölkədə işsizlik səviyyəsinin azaldılması və bu problemin aradan qaldırılmasıdır. Yəni bundan sonra Azərbaycan daha da inkişaf etməlidir ki, ölkədə neft-qazdan gələn gəlirlər gələcəkdə problemlər yaratmasın. Ölkədə sənayeləşmə prossesi gücləndirilməli, kənd təsərüffatı sahəsinə daha da diqqət artırılmalıdır. Bu cür sahələrə sərmayələr qoyulmalıdır, ölkədə yeni iş yerləri açılsın. Düşünürəm ki, ölkədə bu problem var, lakin Azərbaycan dövləti işsizlik səviyyəsinin azaldılması istiqamətində ciddi addımlar atır".