Azərbaycan Respublikası İslam Partiyası İctmai Palatanın sabah təşkil edəcəyi 8 aprel mitinqi dəstəklədi
/Aran agentliyi
Azərbaycan Respublikası İslam Partiyası İctmai Palatanın sabah təşkil edəcəyi 8 aprel mitinqi dəstəklədi.
İslam Partiyasının sədr əvəzi Elçin Manafov İbildirib ki, partiyanın üzvləri sabahkı mitinqdə iştiak etməkdə sərbəstdir.
Elçin Manafov vurğulayıb : «Cəmiyyətdə islahatlar getmirsə, problemləri nəzərə almırlarsa, xalq da öz iradəsini, istəyini, etirazını hansısa yolla ifadə etməlidir.”
İslam Partiyasının sədr əvəzi deyib : “İslam Partiyası olaraq qatılmaq barədə qərar qəbul edilməyib. Amma
üzvlərimiz bu mitinqdə vətəndaş kimi, fərdi şəkildə iştirak edə bilərlər. Ümumilikdə isə mitinqin keçirilməsinə müsbət baxırıq. İslam Partiyası da razılaşdırılmış aksiya üçün müraciət etmişdik. Amma cavab vermədilər".