/Aran agentliyi
Dünən Moskvada keçirilmiş "İran və Rusiyanın xarici siyasəti" iclasında iştirak edən rus parlamnetariləri və ekspertlər İranın sülhsevər nüvə fəaliyyətlərini dəstəkləməklə yanaşı Tehran-Moskva əməkdaşlıqlarının genişləndirilməsini istəyiblər.
Rusiyanın fikir sahibləri Amerika başda olmaqla Qərbin birtərəfli siyasətlərinin mənfi nəticələrini müzakirə edərək Qərbin birtərəfli siyasətlərinin qarşısını almaq məqsədilə regional və beynəlxalq proseslərdə, o cümlədən 5+1 qrupu ilə İran arasındakı nüvə müzakirələrində Rusiyanın fəal iştirakının zərurətini vurğulayıblar.
Bu iclasda iştirak edən Rusiya Dumasının beynəlxalq məsələlər üzrə komissiyasının sədri Amerikanın Yaxın və Orta Şərqdəki siyasətlərini kəskin formada tənqid edərək deyib: Amerika süqut ərəfəsindədir və uçurum halında olduğu bir halda nə edəcəyini bilmir.
Aleksey Yoşikov həmçinin İranın nüvə proqramlarının sülhsevər olmasına təkid edərək Tehran-Moskva əlaqələrinin genişləndirilməsini istəyib.