Tarix : 2012 Apr 07
Kod 29584

Müzakirələrin Bağdadda baş tutması təklifi ağıllı təklif olub

Türkiyənin xarici işlər naziri və bu ölkənin İrandakı səfiri İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının yüksək səviyyəli rəsmiləri ilə ...
/Aran agentliyi

Türkiyənin xarici işlər naziri və bu ölkənin İrandakı səfiri İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının yüksək səviyyəli rəsmiləri ilə danışıqlarında İran və 5+1 Qrupu arasındakı müzakirələrin Bağdadda keçirilməsi ilə bağlı Tehranın təklifini ağıllı təklif adlandırıb və bildiriblər ki, Türkiyə prezidenti və baş naziri İranın hikmətli siyasətini himayə edirlər.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibliyi bildirib ki, Türkiyənin xarici işlər naziri və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ötən gecə bir telefon söhbətində son ikitərəfli münasibətləri araşdırıblar.

Əhməd Davudoğlu bu danışıqlar zamanı Türkiyə-İran əlaqələrini dostluq və qardaşlıq üzərində qurulmuş strateji əlaqələr adlandıraraq, bir daha ölkəsinin İran və 5+1 Qrupu arasındakı müzakirələrə ev-sahibliyi etməyə hazır olduğunu bildirib. Ə.Davudoğlu eyni zamanda bu müzakirələrin Bağdadda baş tutması ilə bağlı İranın təklifini də ağıllı təklif adlandırıb.

Bu danışıqların ardınca, bu gün cümə günü Türkiyənin Tehrandakı səfiri İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin xarici siyasət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini ilə görüşüb.Bəzi qərb mediaları tərəfindən Türkiyə rəsmilərinin son sözləri ilə bağlı yayılan xəbərlər haqda açıqlama verib.

Türkiyə səfiri deyib: Türkiyə prezidenti və baş naziri İran İslam Respublikası, İslam İnqilabının Böyük Rəhbəri və İran prezidentinə xüsusi hörmət bəsləyirlər və İran İslam Respublikasının hikmətli siyasətini də dəstəkləyirlər.

Türkiyə səfiri daha sonra deyib: Türkiyə İran İslam Respublikasının nüvə mövqeyini himayə edir və elə buna görə də Amerikanın təzyiqlərinə baxmayaraq, BMT TŞ-nin İrana qarşı qətnaməsinin əleyhinə səs verdi.

O, Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın İran səfərindən qayıtdıqdan sonra İslam İnqilabının Böyük Rəhbərinin yüksək mövqeyi ilə bağlı sözlərinə işarə edərək dedi: Cənab Ərdoğan İslam İnqilabının Böyük Rəhbərinə xüsusi hörmət bəsləyir.

  • Yazılıb
  • da (də) 2012 Apr 07